Ekopublika.az
Anar Rzayevin qardaşına məxsus şirkətin reyestr sənədi yayıldı - FOTO
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayevin "Van der Val İnterneşnəl Transport Bakı" şirkətinin sahibi olması barədə yayılan xəbərlərə tam aydınlıq gətirilib.
Avtosfer.az şirkətin dövlət reyesterindən çıxarışını əldə edib. Sənəddən məlum olur ki, 1998-ci ildə Vergilər Nazirliyində qeydiyyata alınan şirkətin təsəsçisi Niderland Krallığının “Van Der Val Holdinq B.V” şirkətidir.
DANX rəisi Anar Rzayev Baku TV-yə müsahibəsində bildirib ki, 1996-2013-cü illərdə "Van der Val Intl. Transport Bakı" şirkətinə rəhbərlik edib: "Ötən ilin avqust ayınadək akademik fəaliyyətlə məşğul olduğuma görə, sözügedən şirkətdən ayrıldım. Doğrudur, hazırda sözügedən şirkətə qardaşım İlqar Rzayev rəhbərlik edir. Bu doğrudur ki, qardaşım orda qalıb işləyir. Mənim şirkətlə əməliyyat, maliyyə və digər əlaqələrim yoxdur. Sadəcə qardaşım oranın rəhbəridir”.
O ki qaldı qaldı Anar Rzayevin icazə blankı bölgüsündə qardaşının rəhbərlik etdiyi şirkətə üstünlük verməsinə, DANX rəisi bildirib ki, bu barədə deyilənlər yalandır: “İstənilən daşıyıcı şirkətdən bunu soruşa bilərsiniz. Əvvəl həmin şirkətin 50-dən çox yük avtomobili var idi, uzaq daşımalarda iştirak edən qabaqcıl şirkətlərdən biri kimi çox işlər görmüşdük. Hazırda isə şirkətin balansından cəmi 15 yük avtomobili qalıb. İcazə blanklarının bölgüsü ədalətli şəkildə aparılır. Bunu daşıyıcılardan da soruşub dəqiqləşdirmək olar”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


