Ekopublika.az
Rusiyanın bu planı özünə zərbə vura bilər: Azərbaycan qazı...
Rusiya Avropa İttifaqının sanksiyalarına qarşılıq və öz valyutasını ticarətdə ehtiyata çevirmək üçün təbii qazı "dost olmayan ölkələrə" yalnız rublla satacağını açıqlayıb. Rusiya təbii qazı rublla satmaq şərtində israrlıdır. Əvvəlcə Litva, Latviya və Estoniya gələn aydan etibarən Rusiyadan təbii qaz almağı dayandıracaqlarını açıqlayıblar. Digər Avropa ölkələrinin sanksiyalardan kənarlaşdırdığı ödənişləri "Qazprombank" vasitəsilə həyata keçirmək planı diqqət çəkir. Şərtləri qəbul edən ölkələri çətin vəziyyətə salan Rusiyanın bu planı uzunmüddətli perspektivdə özünə ziyan vura bilər.
Əgər başqa ölkələr də bu yolla getsələr, enerji ticarətində "dollar" dominantlığına xələl gətirəcək bu addım idxalın dayanacağı təqdirdə Rusiyanın özünə də zərbə vura bilər. Litva dost olmayan ölkələrin təbii qaz alıcı şirkətlərinə aprelin 1-dən etibarən 15 gün vaxt verən Rusiyanın tələbini yerinə yetirməyəcəyini açıqlayan ilk Avropa ölkəsidir. Beləliklə, Litva Rusiyadan qaz idxalını tamamilə dayandırıb.
Rusiya Avropaya ildə 155 milyard kubmetr qaz ixrac edir
Rusiyanın rəsmi şəkildə təbii qazı qeyri-dost alıcı ölkələrə rublla satmaq şərtini bəyan etməsi Avropanı sanksiyalarla bağlı çıxılmaz vəziyyətə salıb. ABŞ və Böyük Britaniyadan fərqli olaraq, Avropa İttifaqına üzv olan ölkələrin əksəriyyəti təbii qaz baxımından Rusiyadan daha çox asılıdır. Avropa ölkələri təbii qazın 45 faizini Rusiyadan alırlar. Avropanın ən böyük iqtisadiyyata malik ölkəsi olan Almaniyanın istifadə etdiyi təbii qazın 54 faizi məhz Rusiyadan gəlir. Finlandiya, Estoniya, Şimali Makedoniya və Bolqarıstan kimi ölkələr üçün bu nisbət 100 faizə çatır.
src="/storage/files/upload/796bd29814216828d13cc3067c9beaded6c6e878.jpg" style="width: 850px; height: 773.5px;" class="fr-fic fr-dib fr-fil">
Sanksiyalarla rubl arasında seçim
İllik təbii qaz istehlakının təxminən yarısını Rusiyadan təmin edən Avropa ölkələri ticarəti davam etdirmək və ya Rusiyaya enerji embarqosu tətbiq etmək arasında qalıb. Rusiyanın ən böyük müştərisi olan Avropa ölkələri sanksiyalardan kənarlaşdırdıqları "Qazprombank"ı ticarət körpüsünə çevirməyi planlaşdırır. Həll variantına görə, Qərb ölkələri ödənişlərini "Qazprombank"da açılacaq xüsusi hesablara avro və dollarla edəcək. "K-hesab" adlandırılan hesabdakı pullar bank tərəfindən rubla çevrilərək "Qazprom"a köçürüləcək. Yəni Qərb ölkələrinin sanksiya siyahısında olmayan bank bir növ vasitəçi kimi çıxış edəcək.
Aprelin ikinci yarısından rublla ödəniş baş tutacaq
Rusiya idxalçı ölkələrdən təcili olaraq rublla ödəniş edəcəklərini təsdiqləməyi xahiş edib. Təbii qaz alıcısı müəyyən edilmiş gün və vaxta qədər müvafiq ölkələrin rublla ödəniş edəcəyini təsdiqləmirsə, bu, mavi qaz təchizatının dərhal dayandırılması ilə nəticələnməyəcək. Çünki davam edən faktiki tədarüklər aprelin ikinci yarısı və ya mayın əvvəlində ödəniləcək.
Həll Rusiyanın istədiyi kimi davam edə bilər
Türkiyənin Enerji Strategiyaları və Siyasətləri Araşdırma Mərkəzinin (TESPAM) rəhbəri Oğuzhan Akyener Avropa ölkələrinin "Qazprombank" vasitəsilə rublla ödəniş etmələrinin və buradakı pul axınının Rusiyanın marağına uyğun olduğunu bildirib. Akyener müqavilələrdə avro və ya dollar öhdəliyi olmadığı müddətcə Rusiyanın rublla ticarət etmək istəyə biləcəyini qeyd edib. O əlavə edib ki, "Qazprombank" vasitəsilə tapılan həll Rusiyanın istədiyi müddətcə davamlı bir seçim kimi masada olacaq.
src="/storage/files/upload/ab486a055ac7f2b4a081efc3e94f4a9f37f1ae50.jpg" style="width: 850px; height: 1260.83px;" class="fr-fic fr-dib fr-fil">
Rusiya qazından daha çox asılı olan Avropa ölkələri - Mənbə: "Statista"
Səudiyyə Ərəbistanı bunu neftdə edə bilər
Ekspertlər bildirirlər ki, Rusiyanın yerli valyutaya keçidi digər enerji tədarükçüsü ölkələr tərəfindən həyata keçirilə bilməyəcək. Çünki Avropanın ondan asılı olması səbəbindən Rusiyanın əli burada daha güclüdür. Səudiyyə Ərəbistanının neftlə bağlı oxşar ssenarini uzunmüddətli perspektivdə həyata keçirə biləcək yeganə ölkə olduğu proqnozlaşdırılır.
2021-ci ildə Rusiyanın təbii qaz satışları: 55 milyard avro
Ötən il Rusiya dünya ölkələrinə 55 milyard avro dəyərində qaz satıb. Rusiyanın təbii qaz bazarında yarana biləcək boşluğu doldurmaq üçün Qətərlə aparılan danışıqlar nəticəsində Avropa ölkələri artıq martın 21-dən etibarən bu ölkədən qaz almağa başlayıb. Avropa Komissiyası üzv ölkələrə verdiyi bəyanatda bildirib ki, bu ilin sonuna qədər Rusiyadan qaz asılılığını üçdə ikiyə qədər azaltmalıdırlar.
Fransanın "TotalEnergies" neft-qaz şirkəti bu ilin sonuna kimi Rusiyadan neft almağı dayandıracağını bildirib. Ukrayna Avropada Rusiya təbii qazından asılılığına illər əvvəl son qoymuş bir ölkədir. 2015-ci ildən bu yana bir kubmetr belə təbii qaz ölkəyə daxil olmayıb. 2014-2015-ci ilin qışında Rusiya Ukraynanın Polşa, Slovakiya və Macarıstan üzərindən qaz almasına mane olmaq üçün Avropaya axını kəsib. Bu prosesdə "Qazprom" 5,5 milyard dollar itirib.
src="/storage/files/upload/6257095170a01dd5e3f3154bad0dc7b4e81173bf.jpg" style="width: 850px; height: 608.77px;" class="fr-fic fr-dib fr-fil">
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Publika.az-a bildirib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Rusiya banklarına və ölkənin enerji şirkətlərinə tətbiq olunan sanksiyalar Rusiyanın beynəlxalq maliyyə sistemindəki mövqeyinə çox ciddi təsir edib. O əlavə edib ki, təbii qazın rublla satılması ilə bağlı Rusiyanın mövqeyi tətbiq olunan sanksiyalardan yayınmaq və rus rublunun yenidən dünyanın maliyyə sisteminə qaytarılmasını təmin etməkdir.
Rusiyanın Avropa ölkələrinin əksəriyyəti ilə bağladığı müqavilələrin bir hissəsi uzunmüddətlidir. Bu müqavilələrdə idxal olunan təbii qaz həcminin dəyərinin ya ABŞ dolları, ya da avro ilə ödənişi nəzərdə tutulub.
Ekspertin sözlərinə görə, Rusiyanın birtərəfli qaydada bu müqavilələrdən imtina etməsinin sonu Stokholm Arbitraj Məhkəməsində həll ediləcək: "Bazar iştirakçıları və analitiklər Rusiyanın rublla bağlı atdığı addımın daxili vəziyyətə hesablanmış qərar olduğunu qeyd etdilər. Sonradan da "Qazprombank", Rusiya Milli Bankı və digər strukturlar ödənişin forma və sxemini ortaya qoydular. Ödənişlər müqavilə əsasında dollar və avro vasitəsilə ediləcək. Ancaq ödənilmiş vəsaitlər "Qazprombank"a daxil olunacaq. Orada mədaxil olunan pul həcmləri rubla keçirilərək müvafiq strukturların hesabına köçürüləcək. Bütün bunlara baxmayaraq, Rusiyanın birtərəfli qaydada bağladığı müqavilələrdən və götürdüyü öhdəliklərdən imtina edərək şərtlər irəli sürməsi sonda Rusiyanın əleyhinə işləyəcək. Dünya Bankı və Beynəlxalq Enerji Agentliyinin, həm də Avropa Komissiyasının, Aİ strukturlarının Rusiya qazından asılılığı minimuma endirməklə bağlı planları var. Həmin planlar artıq müzakirələrə təqdim edilib, qəbul olunub və mərhələli şəkildə də həyata keçiriləcək. Rusiyanın qaz və ya neft ixracından özünün geosiyasi məqsədlərinə ağırlıq vermək cəhdi bu dəfə baş tutmayacaq".
Rusiya qazından asılı olan dövlətlər əsasən Qərbi Avropa ölkələridir. Bu ölkələrin hansı addımları atacağını əvvəlcədən demək mümkün deyil. Məsələn, Macarıstan Rusiyanın xeyrinə mövqe sərgiləyir, Avstriya müəyyən mövqe ortaya qoyub.
src="/storage/files/upload/e6ddfbaf8e3dcd22fd7060102a840d703429d6ee.png" style="width: 850px; height: 1479.12px;" class="fr-fic fr-dib fr-fil">Zəfər Vəliyev vurğulayıb ki, bu ölkələrin hamısı tutduqları mövqedən imtina edəcəklər: "Baltikyanı ölkələr, Polşa Rusiya qazından imtina ilə bağlı mövqe sərgiləyir. "Avropanın qaz təchizatını Rusiya olmadan təsəvvür etmək mümkün deyil" fikirləri ilə razı deyiləm. Alternativ variantlar var və bu variantlar işlənməlidir. Həm Avropa Komissiyasının nümayəndələri, həm də digər Avropa strukturları alternativ mənbələr olaraq ilk növbədə boru kəməri qazının 2021-ci illə müqayisədə əlavə olaraq 10 milyard kubmetr artırılmasını nəzərdə tuturlar. Burada əsas Norveç, Əlcəzair və Azərbaycanın adı keçir. Əlcəzairdə 2 kəmərin - Əlcəzairdən İspaniyaya və İtaliyaya uzanan sualtı magistral boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması nəzərdə tutulur. Bunlar ərəb kəmərləridir. Əlcəzair də tədarük həcmlərini artırmaq imkanına malik olduğunu əvvəlcədən bəyan edib. Bolqarıstan da rublla hər hansı ödənişi etməyəcəklərini bildirib".
Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq
Yaxın perspektivdə həm TANAP-ın, həm də Cənub Qaz Dəhlizinin Avropa ayağı olan Trans-Adriatik Boru Kəmərinin (TAP) gücləndirilməsi, ötürücülük qabiliyyətinin artırılması məsələsi gündəmdədir.
Zəfər Vəliyev qeyd edib ki, bu il Cənub Qaz Dəhlizinin imkanlarından istifadə etmək nəzərdə tutulub: "Böyük ehtimal ki, bu il Cənub Qaz Dəhlizinin Avropa ayağı olan TAP vasitəsilə Yunanıstan, Bolqarıstan və İtaliyaya 10 milyard kubmetrdən çox qaz ixrac etmək imkanımız olacaq. Perspektivdə bu kəmərin Balkanlara doğru genişləndirmə məsələsi də gündəmdədir. Çünki Yunanıstanla Bolqarıstan arasında birləşdirici qaz kəmərinin sənaye istismarına verilməsi bu ilin yayında bitəcək. Bu zaman Azərbaycanın qaz ixrac imkanları və onun coğrafiyası bir az da genişlənəcək.
Norveç bu il Avropa bazarlarına 115 milyard kubmetrdən yuxarı qaz ixrac edəcək. Eyni zamanda əgər isitmə mövsümünə qədər hər hansısa problem yaranarsa, o zaman Niderlandın qaz yatağının imklanlarından da istifadə etmək olar".
src="/storage/files/upload/db61141b6b6e2c81a14a70c301e4261315285466.jpg" style="width: 850px; height: 595.364px;" class="fr-fic fr-dib fr-fil">
Ekspertin sözlərinə görə, bu il mayeləşmiş təbii qaz - LNG ehtiyatı da artırılacaq: "Keçən il 380 ton LNG dünya bazarlarına çıxarılmışdısa, bu il bu rəqəm 425 milyon tondan artıq olacaq. Onun təxminən 70 faizi uzunmüddətli müqavilələr əsasında satılan qaz həcmləri olacaq, 30 faizi isə spot bazarlarda satılacaq. Ehtimal ki, bu, siyasi məsələ olduğuna görə onu Avropaya yönəldəcəklər.
Rusiya qazı olmadan Avropa - hansı alternativlər var?
Avropa bu ildən enerji səmərəliliyini artırmağı planlaşdırır. Qazla işləyən istilik elektrik stansiyalarının müvəqqəti olaraq kömürə və mazuta keçidi planlaşdırılır.
Zəfər Vəliyev qeyd edib ki, istənilən halda Rusiya qazı olmadan da Avropa öz enerji təhlükəsizliyini təmin edə bilər. Amma burada Avropa strukturları enerji keçidi ilə bağlı enerji təhlükəsizliyi və iqlim siyasətində müəyyən kompromislərə getməlidirlər: "Ənənəvi karbohidrogen mənbələrindən daha geniş istifadə etməlidirlər. Eyni zamanda alternativ və bərpa olunan enerji mənbələrinin imkanlarından da yararlanmaq olar. Külək, hidroelektrik, günəş elektrik stansiyalarının imkanlarından, eyni zamanda Avropada fəaliyyət göstərən atom reaktorlarının maksimum gücündən istifadə etmək lazımdır. Çünki dünya üzrə atom elektrik stansiyalarında mövcud atom reaktorlarının sayı ən çox Avropanın payına düşür".
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO