Ekopublika.az
Azərbaycan Rusiyanı Avropa bazarından çıxarır: Qərb investorları Zəngəzura gələcəkmi?
Avropa İttifaqı ölkələri şirkətlərinin 80 faizi iqtisadi fəaliyyət üçün Azərbaycanı seçmək, 53 faizi isə ölkəmizdə biznes fəaliyyətlərini genişləndirmək niyyətini bildirirlər. Bu şirkətlərin 54 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmaqda maraqlıdır.
Bəs biz bu imkanları da dəyərləndirə bilərikmi? Bəzi Qərb ölkələri müharibə vaxtı bizi dəstəkləməmişdilər. Biz seçim etsək, hansı Avropa ölkələrinin üzərində dayana bilərik? Qərbin Rusiyaya sanksiyaları fonunda Azərbaycan Avropanın enerji bazarında möhkəmlənə bilərmi?
Suallarımıza cavab tapmaq üçün keçmiş maliyyə naziri Fikrət Yusifovla söhbətləşdik.
Keçmiş nazir Publika.az-a müsahibəsində bildirdi ki, Qərbin enerji bazarında möhkəmlənməyimiz üçün gözəl imkanlar yaranıb.
- Fikrət müəllim, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar fonunda Azərbaycan Qərbin enerji bazarında öz mövqeyini möhkəmləndirə biləcəkmi?
- Təbii ki, Azərbaycan tərəfi bu istiqamətdə bir çox işlər görüb. Bunun üçün həm Avropadan, həm də Amerika Birləşmiş Ştatlarından böyük dəstək alıb. Söhbət Cənub Qaz Dəhlizi layihəsindən gedir. Biz Qərb bazarına daha çox enerji məhsulları, təbii qaz göndərməliyik. Qərb bazarına daha böyük həcmlərlə daxil olmalıyıq. Bunun üçün bizim yeni şanslarımız da yaranır. Ancaq biz burada bir məqamı da unutmamalıyıq. Nəzərə alaq ki, Avropanın bir illik qaz tələbatı hardasa 520 milyard kubmetrdir. Bizim Cənub Qaz Dəhlizi vasitəsi ilə ixrac edəcəyimiz qazın həcmi isə bir o qədər də böyük deyil. Yəni söhbət 5-10 milyard kubmetrlik qazdan gedir. Ona görə də bu istiqamətdə daha dərindən düşünmək yaxşı olardı.
- Daha dərindən düşünmək deyərkən nələri nəzərdə tutursunuz?
- Məsələn, Türkmənistan qazını Cənub Qaz Dəhlizi vasitəsi ilə Azərbaycan üzərindən daşımaq, Qərb bazarına çatdırmaq mümkündür. Eyni zamanda türkmən qazını bu marşruta paralel xətlər vasitəsi ilə Qərb bazarına çıxarmaq haqqında düşünə bilərik. Eləcə də bizdə olan digər ehtiyatların, başqa yataqların istismara verilməsi haqqında düşünmək mümkündür. Söhbət həcmlərin artırılmasından gedir. Bu yöndə işlər görməklə Avropa bazarına daha çox qaz çıxarmaq mümkündür. Bu da müəyyən səviyyələrdə dəstək alacaq. Çünki bu gün Avropa Rusiya qazından canını qurtarmaq üçün çabalar göstərir. Qərb bunun üçün ciddi cəhdlə çalışır. Hətta biz Avropa ölkələrindən bu cür layihələrin maliyyələşdirilməsi üçün güzəştli şərtlərlə vəsait cəlb edə bilərik.
- Sizcə, indiki məqamda "Böyük beşlik" ölkələrini də enerji sektoruna alıcı kimi cəlb etmək mümkündürmü?
- Təbii ki, mümkündür. Hətta buna maraq da çox böyükdür. Hesab edirəm ki, bu məqamdan istifadə edərək daha sərfəli şərtlərlə məhz enerji potensialımızın, enerji ehtiyatlarımızın mənimsənilməsi və istifadəyə verilməsini, Avropa bazarlarına çıxarılmasını təmin edə bilərik. Təbii ki, çox yaxşı məqam yetişib. Bu məqamdan yararlanaraq güzəştli şərtlərlə vəsaitlər cəlb etmək mümkündür.
- Avropa İttifaqı ölkələri şirkətlərinin 80 faizi iqtisadi fəaliyyət üçün Azərbaycanı seçmək, 53 faizi isə ölkəmizdə biznes fəaliyyətlərini genişləndirmək niyyətini bildirirlər. Sizcə, biz bu imkanları da dəyərləndirə bilərikmi?
- İlk olaraq Avropa İttifaqına daxil olan ölkələrdən söhbət gedir. İstər Almaniya, istər Fransa, istərsə də İtaliya olsun, bizim üçün heç bir fərqi yoxdur. Onlar bu məsələ ilə bağlı öz niyyətlərini bildirə bilərlər. Əsas odur ki, biz həmin investorlar, şirkətlər üçün daha münbit şərait yaratmalıyıq. Onlar özlərini burada biznes müstəvisində tam komfortlu hiss etməlidirlər. Həmin investorlar hiss etməlidirlər ki, burada heç bir müdaxilə yoxdur. Anlamalıdırlar ki, biznes fəaliyyətinə kənar müdaxilə yoxdur, başqa sıxıntıların da olmadığını görməlidirlər. Bilirsiniz ki, bu kimi məsələlərdə bizim bir qədər problemlərimiz var. Biz biznes fəaliyyətinə məmur müdaxilələrini gizlətmirik. Bu cür nüanslar biznesmenlər, investorlar tərəfindən ümumiyyətlə qəbul olunmur. Onlar ölkəmizə sərmayə qoymaları ilə bağlı öz niyyətlərini bildiriblər və bu, yaxşı haldır. Amma yadımızdan çıxarmayaq ki, ilk olaraq onlar vəziyyəti araşdırırlar. Yatırım etməmişdən öncə araşdırırlar, baxırlar, mövcud şəraiti və vəziyyəti öyrənirlər. Sərmayə yatırılan ölkədə mühitin deyildiyi qədər münbit olmasını tədqiq edirlər. Amma neqativ nüansları görəndə yönlərini çevirib gedirlər və fikirlərindən də daşınırlar. Məmurların əl-qolunu əsaslı şəkildə bağlamaq, onların biznesə müdaxiləsinə son vermək lazımdır. Bu qədər məmurlar işdən çıxarılır, həbs olunur. Onların əksəriyyəti biznesə müdaxilə etməyin, rüşvət almağın üstündə həbs ediliblər. Bu qədər cəzalara baxmayaraq, hələ də bir çoxları bundan nəticə çıxarmayıblar. Hələ də öz işlərini davam etdirirlər. Bu cür tendensiyalar xarici investorları qaçırır. Biz bunlara son qoymalıyıq. Bu cür neqativ hallara son qoyulmadıqca xarici investorlar tərəddüd edəcəklər. Bəziləri gəlib işləyəcəklər, bir qədər sıxıntı görən kimi çıxıb gedəcəklər. Ona görə də bu müstəvini tamamilə münbit bir formata çevirmək lazımdır.
- Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun böyük bir hissəsi 30 il ərzində işğal altında qalıb. Kənd təsərrüfatı sahəsində yatırım üçün bu əraziləri münbit hesab etmək olarmı?
- Orada həm aqrar sektorla, həm də turizm biznesi ilə məşğul olmaq mümkündür. Orada həm də yerli istehsal müəssisələri qurmaq olar. Siz bilirsiniz ki, həmin bölgədə müxtəlif xammallar var. Eyni zamanda xidmət müəssisələri yaratmaq mümkündür.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO