Ekopublika.az
Azərbaycanın Novorossiysk limanından satdığı neftin qiyməti ucuzlaşıb
Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 99,06 dollar təşkil edib. Bu da ötən həftənin göstəricisindən 1,04 dollar/barel azdır.
Publika.az Neft Araşdırmalar Mərkəzinə istinadən bildirir ki, ötən həftə URALS-ın qiyməti maksimum 100,02, minimum isə 97,83 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
Qeyd edək ki, avqust ayının yekunlarına görə, SOCAR Novorossiysk limanından dünya bazarlarına 84,7 min ton xam neft ixrac edib. Ötən ilin müvafiq döcrendə bu göstərici 169,7 min ton təşkil etmişdi. Yəni ötən ay Azərbaycanın neft ixracı Rusiya üzərindən 2 dəfədən də çox, daha dəqiq desək, 50,1% azalıb. Çünki, Azərbaycan nefti Novorossiyskə çatmazdan əvvəl Rusiya nefti ilə qarışdığından dünya bazarına Urals markası altında çıxarılır və bu markalı neft də hazırda daha ucuz satılır.
İqtisadiyyat şöbəsi
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi








.jpg)


.jpg)










.jpg)














