Ekopublika.az
Bakıda torpaq qiymətləri niyə BAHALAŞIR? - SƏBƏBLƏR
Bakı şəhəri və Abşeron yarımadasında torpaq qiymətlərinin artımı müşahidə olunur.
Publika.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyib.
O vurğulayıb ki, bunun ilk səbəbi ölkə əhalisinin sayının artmasıdır. Belə olduqda adambaşına düşən torpaq sahəsi azalır:
"Digər səbəb isə ölkədə iqtisadi artımın olmasıdır. Daşınmaz əmlak növləri içərisində ən önəmlisi torpaq sahələridir. Çünki digər daşınmaz əmlak növlərinin mövcud olması üçün mütləq şəkildə torpaq sahəsinin var olması zəruridir. Bakı Şəhərinin Baş Planına əsasən, müxtəlif infrastruktur layihələri həyata keçiriləcək ki, bunlar da torpaq qiymətlərinə təsir göstərəcək. Baş Planın həyata keçirilməsi üçün icra strukturları tərəfindən müəyyən normativ qaydalara ciddi əməl edilməsi tələb edilir. Əvvəllər çoxmərtəbəli yeni mənzillərin tikilməsi üçün müəyyən torpaq sahəsi ayrılırdı və həmin sahədə sahibkar daha çox tikinti sahəsi əldə etmək üçün sıx binalar inşa edirdi. Lakin indi normativ qaydalara əməl etmə tələbindən sonra tikinti üçün nəzərdə tutulan ərazidə daha az bina inşa etmək mümkün olur. Belə olduqda torpaq sahələrinin həm də mənzillərin qiyməti bahalaşır".
Sədr qeyd edib ki, insanlar fərdi evlərindən yaşayış və bağ evi kimi istifadə edirlər.
"Bu da Bakıətrafı kəndlərdə, qəsəbələrdə daha çox rast gəlinir. Getdikcə boş sahələrin azalması tendensiyasını görürük ki, bu da qiymətin bahalaşmasını zəruri edən səbəblərdən biridir.
Adətən alqı-satqı faktları artdıqda qiymətlər yüksəlir. Lakin hazırda durğunluqdur. Buna baxmayaraq torpaq sahələrinin də, tikililərin də qiymətlərində artım var. Bizim insanlar daşınmaz əmlaka tək zəruri tələbat subyekti kimi baxmırlar. Bu həm də investisiya qoymaq üçün zəruri istiqamət kimi qəbul olunur. Hazırda daşınmaz əmlak az riskli, stabil gəlir gətirən, dayanıqlı fəaliyyət istiqamətidir. Aktiv bizneslə məşğul olmayan ölkə vətəndaşı daşınmaz əmlak əldə etmək məqsədini qarşısına qoyur", - deyə o qeyd edib.
-
Maraq dünyası15:19Dünyanın ən nadir metalının adı açıqlandı - Qramı milyonlarla dollara başa gəlir
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı
-
İdman13:57UFC prezidenti Trampa olan sui-qəsddən danışdı: Hər dəqiqəsindən zövq aldım!
-
Ekologiya13:40Kür geri çəkilir - Nə baş verir?(VİDEO)
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub






































.png)