Ekopublika.az
Trampın bəyanatı kriptovalyuta bazarını və fond birjalarını çökdürdü
ABŞ Prezidenti Donald Trampın noyabrın 1-dən Çinə qarşı gömrük rüsumlarını 100% artıracağı, həmçinin ixrac nəzarəti tədbirlərini tətbiq edəcəyəni elan etməsindən sonra dünya kriptovalyuta bazarı çöküb.
Publika.az bildirir ki, Beincrypto.com-un xəbərinə görə, bir neçə saat ərzində kriptovalyuta bazarının kapitallaşması təqribən 4.25 trilyon dollardan 4.05 trilyon dollara düşüb.
Bunun nəticəsində bazar təqribən 200 milyard dollar itirib.
"Bitcoin"nin dəyəri 10% azalaraq 107 min dollardan 122 min dollara enib. "Ethereum", XPR və BNB kriptovalyutalarının dəyəri isə 15% azalıb.
Bundan əlavə, internet istifadəçiləri "Binance" kimi kriptovalyuta birjalarına girişin mümkün olmadığını bildiriblər.
Beynəlxalq fond birjalarında da eniş müşahidə olunur. ABŞ-nin "Dow Jones Industrial Average" təxminən 1%, "Standard & Poor's 500" 1.4%, "Nasdaq Composite" 2% dəyər itirib. Ümumavropa "Stoxx Europe 600" indeksi 1.3%, Britaniyanın "FTSE 100" indeksi 0.9%, Almaniyanın DAX və Fransanın "CAC 40" indeksləri 1.5%, İtaliyanın FTSE MIB indeksi 1.7%, İspaniyanın "IBEX 35" indeksi isə 0.7% aşağı düşüb.
Neftin qiymətində də eniş sürətlənib: "Brent" markalı neft 3,7%, WTI nefti isə 4,2% ucuzlaşıb. (Oxu.az)
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi











.jpg)



.jpg)


.jpg)














.jpg)

