Azərbaycanın 2027-ci ildə gəlir və xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlandı
Bizi izləyin

Ekopublika.az

Azərbaycanın 2027-ci ildə gəlir və xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlandı

Azərbaycanın 2027-ci ildə gəlir və xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlandı

2027-ci ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır.

Publika.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-ciilin dövlət vəicmal büdcələrinin ilkin göstəricilərinədair Açıqlama” sənədində bildirilib

Bildirilib ki, bu tədbirlər çərçivəsində vergi borclarının idarə olunması sahəsində daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır. Qeyd olunanlar nəzərə alınmaqla, 2027-ci il üzrə gəlir siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

"Biznes mühitinin fəaliyyətinin, investisiya qoyuluşunun təşviqi və vergitutma bazasının genişləndirilməsi: Vergi siyasətində əsas prioritetlərdən biri olan biznes mühitinin daha əlverişli və proqnozlaşdırıla bilən əsaslarla formalaşdırılması, real sektorun inkişafını dəstəkləyən mexanizmlərin gücləndirilməsi və investisiya fəallığının təşviqidir. Bu çərçivədə müddəti başa çatan vergi güzəşt və azadolmalarının müddətinin uzadılması, qeyri-neft sektorunun inkişafı məqsədilə nəticəyönümlü yeni güzəştlərin müəyyən edilməsi nəzərdə tutulur.

Vergi inzibatçılığının və nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi: Vergi gəlirlərinin dayanıqlılığının təmin edilməsi baxımından əsas istiqamətlərdən biri vergitutma bazasının genişləndirilməsi və vergitutma obyektlərinin daha dəqiq müəyyən edilməsidir. Bu çərçivədə uçot, hesabat və ödəmə intizamına nəzarətin gücləndirilməsi nəzərdə tutulur.

Vergi borcları üzrə möhlət mexanizminin sadələşdirilməsi və təşviqlərin tətbiqi: Vergi borclarının idarəolunması sahəsində əsas istiqamətlərdən biri borcların tənzimlənməsi mexanizmlərinin sadələşdirilməsi, ödəyicilər üçün daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsidir. Bu çərçivədə vergi borcları üzrə möhlət verilməsi prosedurlarının təkmilləşdirilməsi, ödəmə qabiliyyətində çətinlik yaşayan, lakin iqtisadi fəaliyyətini davam etdirən vergi ödəyiciləri üçün daha əlverişli mexanizmlərin müəyyən olunması, habelə müəyyən şərtlər daxilində maliyyə sanksiyaları və penya üzrə güzəştlərin tətbiqi imkanlarının nəzərdən keçirilməsi nəzərdə tutulur", - məlumatda qeyd edilib.

Dövlət büdcəsinin əsas xərc istiqamətləri isə büdcə siyasəti qarşısında dayanan çağırışlar vəsosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli xərc prioritetləri əsasında müəyyənləşdirilib. Belə ki, 2027-2030-cu illərdə dövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək.

Ümumilikdə, ortamüddətli dövrdə dövlət büdcəsinin əsas xərc istiqamətləri aşağıdakılardır:

Dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi, o cümlədən rəqəmsal inkişaf yönümlü və innovasiya tutumlu sahələrə investisiyaların artması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması və biznes-investisiya mühitinin yaxşılaşdırılması;

Ölkənin müdafiəqabiliyyətinin gücləndirilməsi, o cümlədən sərhədlərin bərpası vətoxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin vəlayihələrin icrası;

İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;

Rəqəmsal inkişaf sahəsində müəyyən edilən prioritetlərin həyata keçirilməsi, eləcə də süni intellekt texnologiyalarının tətbiqi, data mərkəzlərinin yaradılması vərəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi;

Əhalinin sosial müdafiəsi və rifahı, xüsusilə həssas təbəqələrin sosial təminatınındaha da gücləndirilməsi;

İqtisadiyyata dövlət büdcəsindən birbaşa və dolayısı ilədövlət öhdəlikləri, dövlət sifarişi, subsidiya, subvensiya və dotasiya formasında maliyyə dəstəyinin davam etdirilməsi;

Müdafiəolunan xərclərin, o cümlədən əməyin ödənişi, pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilə bağlı xərclərin maliyyə təminatı;

Dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqram və tədbirlərin maliyyə təminatı;

Təmiz ətraf mühit və “yaşılartım”ın təmin olunması, eləcə də yaşıl enerji mənbələrinin genişləndirilməsi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm