Dünya
Səudiyyə Ərəbistanına raket və PUA zərbəsi: Hava hücumu dəf edildi
Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının cənub bölgəsini ballistik raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Krallığın hava hücumundan müdafiə sistemləri bir raketi və üç PUA-nı məhv edib.
Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat verib.
Onun sözlərinə görə, Yəmən ərazisindən buraxılan ballistik raket ölkənin cənub bölgəsinə çatmadan zərərsizləşdirilib. Növbəti üç saat ərzində isə daha üç pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Əl-Maliki hadisə ilə bağlı detalları “X” sosial şəbəkəsində açıqlayıb. PUA-ların və raketin düşdüyü ərazilər, eləcə də mümkün dağıntılar barədə əlavə məlumat verilməyib.
Husilərin təmsil etdiyi “Ənsar Allah” hərəkatı koalisiyanın açıqlamasına hələlik münasibət bildirməyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 2015-ci ildən Yəməndəki münaqişəyə qoşulub və rəsmi hökuməti dəstəkləyir. Husilərin Səudiyyə Ərəbistanı ərazisinə raket və PUA hücumları isə regionda gərginliyin əsas səbəblərindən biri olaraq qalır.
Müəllif: Adəm
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
-
Rəsmi xronika10:20Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Nida Xəbər 10:13“Atlant”ın rəhbəri öldü - FOTO
-
Nida Xəbər 09:30Keçmiş nazirə yeni vəzifə verildi - FOTO
-
Rəsmi xronika09:15İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşdü - FOTO
-
İdman09:00Ən çox maaş alan MLS oyunçuları - Beşlikdə kimlər var?
-
Avropa08:36Ukrayna üçün kritik saatlar - 60-dək qanadlı raketlə zərbə endirilə bilər
-
Magazin206:1625 yaşlı milyarder jurnal üçün çılpaq poza verdi - FOTO



















.png)

.jpg)











.png)
