Tramp Kim Çen Inla görüşə eyham vurdu
Bizi izləyin

Dünya

Tramp Kim Çen Inla görüşə eyham vurdu

Tramp Kim Çen Inla görüşə eyham vurdu

ABŞ prezidenti Donald Tramp gələcəkdə Şimali Koreya lideri Kim Çen Inla görüşə biləcəyini bildirib.

Publika.az xəbər verir ki, Amerika liderinin sözlərini “NBC News” jurnalisti Qabe Qutierres sosial mediada sitat gətirib.

Tramp televiziya kanalına verdiyi müsahibədə "Nə vaxtsa görüşümüz olacaq" deyib.

ABŞ prezidenti Asiyaya səfəri zamanı çoxlu görüş planlaşdırdığını, ona görə də Kim Çen Inla danışıqlar təşkil etməyin mümkün olmadığını izah edib.

Trampın Şimali Koreya lideri ilə 18-19 noyabr tarixlərində Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində görüşəcəyi gözlənilirdi. " The Wall Street Journal" qəzetinin məlumatına görə, Tramp Şimali Koreya lideri ilə Pxenyanın nüvə proqramı ilə bağlı danışıqların bərpasını müzakirə etməyə ümid edir.

Donald Tramp daha əvvəl Kim Çen Inı dostu adlandırmış və hakimiyyətdə qaldığı müddətcə özünü rahat hiss edə biləcəyini bildirmişdi. O, həmçinin etiraf etmişdi ki, "bir insanın 112 nüvə raketi olduqda, onunla yola getmək vacibdir".

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm