Nida Xəbər
Sabiq idarə rəisinə Bakıda yüksək vəzifə tapşırıldı - İlhamə Abdullayeva kimdir? / FOTO
Abşeron-Xızı Regional Təhsil İdarəsinin sabiq müdiri İlhamə Abdullayeva Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində yeni vəzifəyə təyin edilib.
Publika.az xəbər verir ki, Agentliyin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə İlhamə Sarif qızı Abdullayeva Agentliyin Uşaq rifahı və inkişafı şöbəsinin müdiri vəzifəsinə gətirilib.
İlhamə Abdullayeva müxtəlif illərdə ümumi təhsil müəssisələrində müəllim və direktor müavini vəzifələrində çalışıb. O, daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsində sektor müdiri və müdir müavini, Elm və Təhsil Nazirliyində isə şöbə müdirinin müavini vəzifələrində fəaliyyət göstərib.
Təhsilin inkişafında xidmətlərinə görə 2014-cü ildə “Tərəqqi” medalı ilə təltif olunan Abdullayeva 2022-ci ildən bu təyinatadək Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edib.(“Yeni Sabah”)

-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
-
Rəsmi xronika10:20Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Nida Xəbər 10:13“Atlant”ın rəhbəri öldü - FOTO
-
Nida Xəbər 09:30Keçmiş nazirə yeni vəzifə verildi - FOTO
-
Rəsmi xronika09:15İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşdü - FOTO
-
İdman09:00Ən çox maaş alan MLS oyunçuları - Beşlikdə kimlər var?
-
Avropa08:36Ukrayna üçün kritik saatlar - 60-dək qanadlı raketlə zərbə endirilə bilər
-
Magazin206:1625 yaşlı milyarder jurnal üçün çılpaq poza verdi - FOTO



















.png)

.jpg)










.png)
