İslamiada
İslamiada: Bayraqdarımız qızıl medal qazandı (YENİLƏNDİ)
Azərbaycan karateçisi Rafael Ağayev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
75 kq çəki dərəcəsində yer alan 5 qat dünya və 10 qat Avropa çempionu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi türkiyəli Erman Eltemur olub. Görüş Ağayevin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 1/4 finalda Səudiyyə Ərəbistanından olan Sultan əl-Zəhranini yenən (7:2) R.Ağayev yarımfinalda malayziyalı Şarmendran Raqonatanı da üstələyərək, finala yüksəlib.
Həlledici görüşdə Azərbaycan karateçisi pakistanlı Sədi Qulam Abbasla üz-üzə gəlib və inamlı qələbə qazanıb - 4:0.
Qeyd edək ki, Rafael Ağayev İslamiadada Azərbaycanın bayraqdarı olub.
***
IV İslam Həmrəyliyi Oyunlarının Bakı İdman Sarayında keçirilən karate üzrə kumite yarışında Azərbaycanın kişi idmançıları mübarizəyə qoşulublar.
Publika.az xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Rəfael Ağayev ilk görüşdə Türkiyə təmsilçisi Erman Eltemer ilə qarşılaşıb. Azərbaycan idmançısı rəqib üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb.
Azərbaycanın ən titullu karateçisi Rafael Ağayev bununla IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finala yüksəlib.
75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Sultan əl-Zəhrani ilə üz-üzə gəlib.
Gərgin keçən döyüşdə 5 qat dünya çempionu R.Ağayev qələbə qazana bilib - 7:2.
Yarımfinalda malayziyalı karateçi ilə qarşılaşan təmsilçimiz Şarmendran Raqonafanı tam üstünlüklə məğlub edib - 5:0.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Vasif Həsənli
-
Magazin106:16"Avroviziya" təmsilçilərimiz illər sonra belə barışıblar
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı







































