İslamiada
Azərbaycan növbəti medalını qazanıb
May 12-22-də Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib.
Publika.az-ın xəbərinə görə, körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət - 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.
Bu gün çəkisi 53 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Bu çəkidə Azərbaycanı Səbinə Əzimova və Gülçin Əlizadə təmsil edib.
Gülçin Əlizadə birdən qaldırma hərəkətində 70 kq-ı ram edib. O, təkanla qaldırma hərəkətində 86 kq-ı başı üzərinə qaldırıb. Toplam 156 kq (70+86) nəticə göstərən Gülçin bu çəki dərəcəsində 4-cü yeri tutub.
Səbinə Əzimova birdən qaldırma hərəkətində 75 kq-ın öhdəsindən gəlib. 17 yaşlı atletimiz təkanla qaldırma hərəkətində 101 kq-ı ram edib.
Toplam 176 kq (75+101) nəticə göstərən Səbinə Əzimova bu çəki
dərəcəsində 3-cü yerə çıxıb və İslam Oyunlarında ilk medalımızı
qazanıb.
Qeyd edək ki, bu gün Elmir Alıyevlə (56 kq) Mərziyyə Məhərrəmova
(48 kq) da yarışa qatılıb. Onlar müvafiq olaraq, 233 kq (103 + 130)
və 151 kq (66 + 85) çəkini rəam ediblər. Hər 2 idmançımız 6-cı yeri
tutub.
-
Magazin106:16"Avroviziya" təmsilçilərimiz illər sonra belə barışıblar
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı







































