İslamiada
İslamiada: Azərbaycan karateçiləri 5 medal qazandı
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə karateçilər mübarizəyə start verib.
Publika.az xəbər verir ki, 6 çəki dərəcəsində mükafatların sahibləri müəyyənləşib.
Azərbaycan yığmasının karateçiləri 6 çəki dərəcəsindən 5-də medal qazanıblar. Yalnız Niyazi Əliyev (67 kq) günü mükafatsız bitirib.
Rafael Ağayev (75 kq) kişilərin, Fəridə Abıyeva (61 kq) qadınların yarışında bütün rəqiblərinə qalib gələrək yarışların çempionu tituluna yiyələnib. Bu, Ağayevin İslamiadalarda 3-cü medalıdır. 2005-ci ildə bürünc medala yiyələnən karateçimiz 2013-cü ildə də çempion olmuşdu.
Digər xanım idmançımız İlahə Qasımova (55 kq) da finala yüksəlsə də, həlledici qarşılaşmada uduzub. O, yarışı gümüş medalla başa vurub.
İki idmançımız isə tatamidən bürünc medalla ayrılıb. Nuranə Əliyeva (50 kq) və Firdovsi Fərzəliyev (60 kq) İslam Həmrəyliyi Oyunlarında 3-cü olub.
-
Magazin106:16"Avroviziya" təmsilçilərimiz illər sonra belə barışıblar
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı







































