İslamiada
Qadın cüdoçularımız gümüş medal aldı - FOTOLAR - (YENİLƏNDİ)
Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə komanda yarışlarında qadınlardan ibarət Azərbaycan millisi gümüş medalla kifayətlənməli olub.
Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda komandamız finalda Türkiyə millisinə məğlub olaraq (0:5) İslamiadanı ikinci pillədə başa vurub.
Qadın cüdoçular arasında komanda yarışında bürünc medallara Özbəkistan komandası yiyələnib.
Komandamızın heyətində Purevseren Buyanxişiq (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Xanım Hüseynova (63 kq), Gülsədəf Kərimova (70 kq), İrina Kindzerska (+70 kq) yer alıblar.
***
İlk görüşdə qadın cüdoçularımız Özbəkistan komandası ilə qarşılaşıb.
Gərgin keçən mübarizədə komandamız 3:2 hesabı ilə qalib gəlib.
***
Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarının üçüncü gününə start verilib.
Cüdo yarışlarının növbəti günündə kişilər və qadınlar arasında komanda yarışlarında idmançılar Heydər Əliyev adına İdman Sarayında tatami üzərinə çıxacaqlar.
On iki komandanın mübarizə aparacağı kişilərin yarışında yüksək pillələr uğrunda yığmamız ilk görüşünü Qırğızıstan millisinə qarşı keçirəcək.
Altı komandanın döşək üzərinə çıxacağı qadınların yarışında isə dörddəbir final mərhələsindən mübarizəyə qoşulacaq yığmamızın rəqibi Özbəkistan millisi olacaq.
"Bakı-2017"də komanda yarışlarında kişilərin mübarizəsində ölkəmiz 7, qadınların yarışlarında 3 idmançı ilə təmsil olunur. Kişi cüdoçuların komandasının heyətində bu yarışlarda Rüfət İsmayılov və Uşanqi Kokauri digər idmançılarımızla birgə yarışacaq.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında milli komandamız, ümumilikdə, 9 kişi və 10 qadın cüdoçu ilə təmsil olunur.
Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarında cüdo və paracüdo yarışlarının birinci günündə yığmamızın üzvləri 6 qızıl, 7 gümüş olmaqla, cəmi 13, ikinci günündə 4 qızıl, 4 gümüş və 3 bürünc olmaqla 11 medala sahib olublar. Beləliklə fərdi yarışlarda cüdo üzrə millimiz komanda hesabında "Bakı-2017"ni birinciliklə başa vurub.
Foto: Nurlan Gülməmmədov
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq


















.jpg)


















