Bakı 2017: Azərbaycan gimnastı qızıl medal qazandı - (YENİLƏNİR)
Bizi izləyin

İslamiada

Bakı 2017: Azərbaycan gimnastı qızıl medal qazandı - (YENİLƏNİR)

Bakı 2017: Azərbaycan gimnastı qızıl medal qazandı - (YENİLƏNİR)

Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarında qadın idman gimnastlar arasında final yarışında təmsilçimiz Yekaterina Tişkova müxtəlif hündürlüklü qollarda hərəkətlər üzrə gümüş medala layiq görülüb.

İdmançımız 12.400 xalla ikinci yeri tutub.

Yarışda birinci və üçüncü yerlərə isə Türkiyə gimnastları sahib olublar. Demet Mutlu 12.750 xalla qızıl, Ekin Morova isə 11.900 xalla bürünc medallara layiq görülüblər.

***

Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarında kişi idman gimnastların yarışının final mərhələsində Azərbaycan təmsilçisi Talas Bence halqalarla hərəkətlərdə 14.500 xal toplayaraq millimizin aktivinə növbəti gümüş medalı yazdırıb.

Halqalarda hərəkətlərdə qızıl medala 15.250 xalla İbrahim Çolak (Türkiyə) layiq görülüb. Bürünc medala isə 13.850 xal toplayan iranlı Hadi Kanarinejad layiq görülüb.

***

Kişi idman gimnastların yarışının final mərhələsində azərbaycanlı atlet Timur Bayramov paralel qollarda 13.100 xal toplayaraq bürünc medalla kifayətlənib.

Qızıl medala 14.900 xalla Fərhat Arican (Türkiyə), gümüş medala isə 13.500 xal toplamış Hilal Metidji (Əlcəzair) sahib olub.

***

IV İslam Həmrəyliyi Oyunlarında qadın idman gimnastlar arasında yarışın final mərhələsində təmsilçimiz Marina Nekrasova 13.750 xalla gümüş medala layiq görülüb.

Qızıl medala 14.250 xalla Özbəkistan təmsilçisi Oksana Çusovitsina, bürünc medala isə 13.025 xalla İndoneziya gimnastı Rifda İnfanalutfi sahib olublar.

***

Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarında kişi idman gimnastımız Murad Ağarzayev Azərbaycanın 25-ci qızıl medalını qazanıb.

Murad Ağarzayev sərbəst hərəkətlər üzrə final mərhələsində 14.400 xalla birinci yeri tutub.

Gümüş medala 13.350 xalla Əlcəzair gimnastı Ahmed Anis Maoudc, bürünc medala 13.100 xalla Türkiyə gimnastı Ahmet Öndər layiq görülüb.

***

Mayın 15-də Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idman gimnastikası yarışlarının final mərhələsi başlanıb.

Final mərhələsində kişi atletlər sərbəst, paralel qollarda, halqalarda, gimnastika atında, turnikdə hərəkətlərdə, dayaqla tullanmada güclərini sınayırlar. Qadınların yarışı isə sərbəst hərəkətləri, dayaqla tullanmanı, müxtəlif hündürlüklü qollarda, gimnastika tirində hərəkətləri əhatə edir.

İdmanın bu növündə Azərbaycanı kişi gimnastlardan Murad Ağarzayev, Timur Bayramov, Talas Bence, qadınlardan isə Yuliya İnşına, Yekaterina Tişkova, Marina Nekrasova təmsil edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm