İslamiada
“Bakı-2017”də taekvando yarışlarına start verildi - FOTO - (YENİLƏNİR)
Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən taekvando yarışlarına daha bir idmançımız qələbə ilə başladı.
Kişilər arasında yarışa səkkizdəbir finalda başlayacaq milli komandamızın üzvü Qaşım Maqomedov (54 kq) Pakistan təmsilçisi Umar İqballa qarşılaşıb.
Görüş 26:6 hesabı ilə idmançımızın xeyrinə başa çatıb.
***
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarına start verilib.
Azərbaycan təmsilçisi Eriş Yaprak ilk görüşünü keçirib.
İlk döyüşdə onun rəqibi Pakistan təmsilçisi Hamdani Farsin olub. İdmançımız 29:3 hesabı ilə rəqibinə qalib gələrək yarımfinala çıxıb.
***
Mayın 16-da IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarına start verilib.
Yarışların ilk günündə kişilər arasında 54, 58, qadınların mübarizəsində 46, 53, 57 kiloqram çəki dərəcələrində idmançılar Bakı İdman Sarayında dayanq üzərinə çıxırlar.
Təmsilçilərimizdən üçü bu gün, beşi mayın 17-də, dördü isə mayın 18-də mübarizəyə qoşulacaq.
Bu gün “Bakı-2017”də kişilər arasında yarışa səkkizdəbir finaldan başlayacaq milli komandamızın üzvlərindən Qaşım Maqomedov (54 kq) Umar İqballa (Pakistan), Fizam Mehtiyev (58 kq) isə özbəkistanlı idmançı Niyaz Pulatov ilə üz-üzə gələcək.
Qadınların mübarizəsində dörddəbir finaldan mübarizəyə qoşulacaq idmançılarımızdan Yaprak Eriş (57 kq) Pakistan təmsilçisi Farsin Hamdani ilə qarşılaşacaq.
İslamiadada üç gün ərzində keçiriləcək taekvando yarışlarında ölkəmizi 8-i kişi və 4-ü qadın olmaqla, ümumilikdə, 12 idmançı təmsil edəcək.
Komandamız Oyunlara kişilərdən ibarət yığmanın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçisi Rəşad Əhmədov və qadınlardan ibarət millimizin baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə hazırlaşıb.
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı
-
Hadisə25 İyun 19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...







































