İslamiada
İslamiada: Qadın taekvandoçumuz qızıl medal qazandı (YENİLƏNDİ) - - FOTOLAR
IV İslam Həmrəyliyi Oyunlarında qadın taekvandoçumuz Eriş Yaprak final mərhələsində mübarizəsini davam etdirib.
Bu görüşdə onun rəqibi Türkiyə təmsilçisi Altunel Durdane olub.
İdmançımız rəqibini 5:4 hesabı ilə məğlub edərək ölkəmizə növbəti qızıl medalı qazandırıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
***
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına start verilib.
Publika.az xəbər verir ki, yarışın ilk günündə 3 çəki dərəcəsində təmsilçilərimiz mükafatlar uğrunda mübarizə aparır.
58 kq-dakı təmsilçimiz Fizam Mehtiyev yarışlara 1/8 finalla başlayıb. Avropa üçüncüsü olan gənc taekvondoçumuz özbəkistanlı Niyaz Pulatovla döyüşüb. İlk hissədən geriyə düşən idmançımız vəziyyətdən heç cür çıxa bilməyib. Nəticədə 7:11 hesabı ilə məğlub olan Mehtiyev İslamiadada mübarizəni erkən dayandırıb.
54 kq çəki dərəcəsində yarışan Qaşım Maqomedov da İslamiadaya 1/8 finaldan start verib. Lakin o, komanda yoldaşından fərqli, uğurlu çıxış edib. Dünya çempionatının gümüş mükafatçısının ilk rəqibi pakistanlı Umar İqbal olub. İlk saniyələrdən təşəbbüsü ələ alan idmançımız pakistanlıya aman verməyib. 26:6 hesablı qalibiyyət Maqomedovun 1/4 finala adlaması ilə nəticələnib.
Taekvondoçumuz növbəti mərhələdə özbəkistanlı Şukrob Bobobekovla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 22:22. Maqomedov əlavə edilmiş dəqiqələrdə qızıl xalla qalib gəlib (3:0).
İdmançımız yarımfinalda Dəniz Dağdelen (Türkiyə) önündə ciddi çətinlik yaşamayıb. Maqomedov 6:0 hesabı ilə öndə olarkən birinci hissədə zədələnən türkiyəli taekvondoçu mübarizəni davam etdirə bilməyib. Maqomedov zədələnən türkiyəli rəqibinin qoluna girərək, ona kömək edib. Onun bu hərəkəti zalda əyləşən tamaşaçılar tərəfindən alqışla qarşılanıb. Qeyd edək ki, vaxtından əvvəl qələbə qazanan Maqomedov finalda iranlı Mehdi Eşaqiyə rəqib olacaq.
Qadınların mübarizəsində bir idmançımız dayanq üzərinə çıxıb. 57 kq çəkidə ölkəmizin şərəfini qoruyan Yaprak Eriş 1/4 final mərhələsindən başladığı yarışda ilk olaraq gücünü Pakistan taekvondoçusu Farsin Hamdaniyə göstərib. Başdan sona qədər rəqibinə aman verməyən Eriş 29:3 hesabı ilə qalib gəlib.
Millimizin üzvü yarımfinalda Tayebeh Parsa (İran) ilə üz-üzə gəlib. Gərginliyi ilə seçilən döyüş təmsilçimizin 14:12 hesablı qalibiyyəti ilə nəticələnib. Bununla finala yüksələn Eriş minimum gümüş medalı təmin edib.
O, həlledici görüşdə Türkiyə idmançısı Dürdanə Altunelə gücünü göstərməyə çalışacaq.
Foto: Nurlan Gülməmmədov
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı
-
Hadisə25 İyun 19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...






































