İslamiada
İtaliya mətbuatı Bakıda keçirilən İslamiadadan yazdı - - FOTO
İtaliyanın "Notizie Geopolitiche" portalında "Azərbaycan. İslam Həmrəyliyi Oyunları. Multikulturalizmin gücü" başlıqlı məqalə dərc olunub.
Publika.az xəbər verir ki, məqalədə “Azərbaycanın Mərkəzi Cənubi İtaliyada dostları” assosiasiyasının siyasi analitiki Fortunato Materazzonun fikirlərinə istinadən Azərbaycanın həm müsəlman ölkələri arasında dialoqa, həm də İslam dünyasının Qərb ilə dialoquna töhfə verən və müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasını təmin edən müsbət multikulturalizm nümunəsi olduğu bildirilir.
Yazıda qeyd olunur ki, IV İslam Həmrəyliyi Oyunları zamanı Xəzərdən başlayan su səyahəti çərçivəsində suyun müxtəlif regionlara aparılması simvolik olaraq Azərbaycan xalqının birliyini, habelə İslam ölkələrinin və İslam dəyərlərinin həmrəyliyini ifadə edir.
Müəllif, habelə ölkəmizin BMT-nin 2000-ci ildə qəbul etdiyi “Minilliyin İnkişaf Məqsədləri” çərçivəsində yoxsulluğun azaldılması və inkişaf məqsədlərini uğurla həyata keçirərək, yoxsulluq probleminə effektiv həll yolu tapdığı barədə də danışır.
Yazıda Azərbaycanın dünyəvi dövlət quruluşu haqqında da danışılaraq qeyd olunur ki, əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkəmizdə müxtəlif etnik və dini azlıqlar dinc yanaşı yaşayırlar və dövlət onlara bərabər hüquqlar təmin edir. Paytaxt Bakıda beş məscid, üç sinaqoq, bir katolik və bir protestant kilsəsinin mövcudluğuna diqqəti çəkən müəllif Azərbaycanın dini tolerantliq sahəsində də dünyaya nümunə olduğunu diqqətə çatdırır. (Azərtac)
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı
-
Hadisə25 İyun 19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...






































