Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının qalibidir
Bizi izləyin

İslamiada

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının qalibidir

Azərbaycanın İslamiadanı 161 medalla başa vuracağı dəqiqləşib.

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının son günündə 3 növ üzrə mübarizə gedəcək.

Tennis və uşu üzrə fərdi, stolüstü tennisdə isə komanda yarışlarının qalibləri müəyyənləşəcək. Eyni zamanda Bakı Olimpiya Stadionunda bağlanış mərasimi təşkil olunacaq.

Azərbaycan təmsilçiləri tennisdə mübarizəni dayandırdıqlarından, digər iki növdə təmsil olunacaqlar. Stolüstü tennisdə qadınların mübarizəsində Azərbaycan və İran komandaları qarşılaşacaqlar. Uşuda isə 3 idmançı - Elçin Eminov (56 kq), Bayram Şəmmədov (65 kq) və Vüqar Kərəmov (70 kq) finalda çıxış edəcək, daha 3-ü - Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) yarımfinalda uduzduqları üçün bürünc medalı təmin ediblər.

Beləliklə, günün qarşılaşmalarının nəticəsindən asılı olmayaraq, Azərbaycanın İslamiadanı 161 medalla başa vuracağı dəqiqləşib. Yarımfinalda uduzanları da əlavə etdikdə, bürünc medal sayının 36 olacağı dəqiqdir. Finalda qeydə alınacaq nəticələr isə Azərbaycanın medal əyarında birinci pillədəki mövqeyinə təsir göstərməyəcək. Hazırda təşkilatçı ölkənin 75, ən yaxın izləyicisi Türkiyənin 68 qızılı medalı var. Türkiyə bu gün maksimum 5 qızıl medal qazana bilər. Bunlar tennis üzrə kişi və qadınların, stolüstü tennis üzrə kişilərin yarışında, eləcə də uşu üzrə 2 çəki dərəcəsində mümkündür. Başqa sözlə, Azərbaycan qeyri-rəsmi komanda hesabında əsas göstərici olan medal əyarında İslamiadanın qalibi olub.

Stolüstü tennis

Qadınlar

10:00. Final. Azərbaycan (Xinqtay Çen, Jinq Ninq, Miao Vanq) - İran (Mahşid Aştari, Maryam Samet, Neda Şahsavari)

Uşu

Final. 11:00-dan etibarən

56 kq. Elçin Eminov - Mahdi Mohammadi (İran)

65 kq. Bayram Şəmmədov - Farud Zəfəri (İran)

70 kq. Vüqar Kərəmov - Səid Fazili (İran)

Bağlanış mərasimi

21:00. Bakı Olimpiya Stadionu

Qeyd edək ki, hazırda Azərbaycanın 75 qızıl, 46 gümüş, 33 bürünc medalı var. Türkiyə isə 68 qızıl, 63 gümüş, 54 bürünc olmaqla, 185 medala malikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm