Köşə
Paşinyanın “İran təranələri” sədası altında ABŞ-a casusluğu
Asif Nərimanlı
ABŞ-İran qarşıdurması və Vaşinqtonun Tehrana qarşı
sanksiya zərbələri fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın
İrana səfəri suallar yaradır: Nikolu İrəvanda siyasi Olimpə
yüksəldən okeanın o tayındakılar onun sanksiyalara rəğmən Tehranda
“İran təranələri” sədası altında qol götürüb oynamasına niyə göz
yumur?
İlk baxışda görünən budur ki, Paşinyanın hakimiyyətə gəlməsi və
Ermənistanın Rusiyadan qopma prosesinə start verilməsini həyata
keçirən ABŞ blokada şəraitində olan işğalçı ölkənin özü üçün
nəfəslik açmasına hələlik göz yumur. Dağlıq Qarabağda işğalçı
siyasətinə görə Ermənistan Azərbaycan və Türkiyə tərəfindən
blokadaya alınıb, Gürcüstan Bakı və Ankara ilə strateji
münasibətlərə görə qapılarını ermənilərin üzünə tam şəkildə aça
bilmir, Paşinyan hakimiyyətinin “rusların Ermənistandan
çıxarılması” olan əsas missiyası da Moskvanın İrəvana münasibətinə
yenidən baxmağı ilə nəticələnib və bu mənzərədə Ermənistanın
regionda döyə biləcəyi yeganə qapı İrandır. Paşinyanın Tehran
səfərinə bu kontekstdən yanaşdıqda, Ermənistanın İrandan siyasi və
iqtisadi dəstək dilənəcəyi aydındır. Hərçənd, ABŞ-ın İrana
münasibəti və prosesin analizi Nikolun “İran təranələri”nə
oynamasının daha dərin səbəblərinin olduğunu ortaya çıxarır.
Donald Tramp prezident seçiləndən sonra ilk hədəfi İran oldu və
Obama dövründə əldə edilən razılaşmaları ləğv etdi. Tehrana
endirilən zərbələr siyasi və iqtisadi sferanı əhatə etsə də, bu,
Vaşinqtonun hədəfinə çatmağa imkan vermir, xüsusilə İranın
sanksiyalarla mübarizə təcrübəsi amerikalıların işini
çətinləşdirir. Vaşinqton anlayır ki, hədəfinə gedən yolda məsafə
qət etmək üçün Tehranla mübarizədə poliqon rolunu oynayacaq
platformanı İran sərhədlərinin dibində yaratmalıdır. Bu platforma
cari planda kəşfiyyat işinin aparılması, gələcək planda isə hərbi
əməliyyatlarda əsas məkan olacaq.
Tehrana qarşı analoji poliqon Yaxın Şərqdə qurulub: Suriya və İraq,
o cümlədən İranın şərq sərhədlərindəki Əfqanıstan. ABŞ Suriyadan
çıxardığı əsgərlərini İraqa, birbaşa İranla sərhəd bölgəsinə
gətirməyi planlaşdırır, o cümlədən, Suriyadan çıxarılan İŞİD
terrorçularının Əfqanıstana transfer olunduğu və yenə İranla sərhəd
bölgəsinə yerləşdirilməyə başlanıldığına dair məlumatlar var.
Görünən budur ki, Vaşinqton İranı mühasirəyə alır, lakin Tehranın
bölgədəki təsir rıçaqları və lojistik imkanları bu prosesin
qarşısında tramplinlər qoyur. Və ABŞ mühasirəni genişləndirmək üçün
İrana qarşı yeni cəbhə açmağın vacibliyini anlayır.
Cənubi Qafqaz: İranla mübarizədə bu bölgə ABŞ üçün
əvəzsiz rol oynaya bilər. Lakin kim Vaşinqtonun planında yer
alacaq?
Amerikalılar Azərbaycanı yanlarında görmək istəyərdilər, amma rəsmi
Bakının balans siyasəti və Tehrana qarşı heç bir prosesdə yer
almamaq prinsipi bu planı təxirə salır. Xüsusilə Azərbaycanın
müstəqil siyasəti Vaşinqtonun Bakıya təzyiq imkanlarını da
daraldır, bu baxımdan, Azərbaycan versiyası baş tutmur.
Cənubi Qafqazda İrana qarşı platforma olacaq yeganə ölkə Ermənistan
seçilir. ABŞ-da erməni diasporu/lobbisinin mövcudluğu da
amerikalılara bu missiyanı ermənilərin üzərinə qoymaq tələbini
asanlıqla irəli sürmək imkanı verir. 2018-ci ilin mayında, ABŞ-ın
İrana qarşı mübarizəni sərtləşdirdiyi ərəfədə erməni diasporunun
namizədi Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistanda çevriliş baş
verdi.
Ermənistanın Vaşinqtonun orbitinə daxil edilməsinin iki əsas hədəfi
var: İrana və Rusiyaya qarşı yeni cəbhənin
açılması.
Rusiyaya qarşı proses tədricən həyata keçirilsə də, İrana qarşı
addımlar daha sürətli baş verəcək, ABŞ-ın İraq və Əfqanıstandan
müdaxiləyə hazırlaşması da bunu deməyə əsas verir. Əslində
Vaşinqtonun Paşinyandan Dağlıq Qarabağ münaqişəsinin həllini
istəməsi də amerikalı əsgərlərin gələcəkdə bölgəyə
yerləşdirilməsinə hesablanıb. Bu ssenari hələki arxa planda qalır,
lakin indiki situasiyada Ermənistan ABŞ-ın İrana qarşı kəşfiyyat
fəaliyyətini həyata keçirməkdə əsas platforma rolunu oynayır.
ABŞ-ın Avropada ən böyük diplomatik korpusu olan İrəvandakı
səfirliyinin tərkibi də bunu təsdiqləyir:
- Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alan
məlumata görə, ölkədə həyat yoldaşları ilə birlikdə 84 amerikalı
diplomat var, lakin onların sayının daha çox olduğu təxmin edilir.
Diplomatik mənbələr amerikalıların bir çoxunun Ermənistanda öz
missiyalarından kənar fəaliyyət göstərdiyini deyirlər.
ABŞ-ın Ermənistandakı casus şəbəkəsinin başında iki şəxsin
dayandığı haqqında ciddi informasiyalar var:
1. Səfir (əvvəlki səfir Riçard Mills idi). O da
diqqətdən yayınmır ki, ABŞ-ın Ermənistana göndərdiyi yeni səfir Lin
Treysi Paşinyanın Tehrana getdiyi məhz bu gün İrəvana gəlib.
Treysinin indiyə qədər Moskva, Aşqabad və Astanada səfir müavini
olaraq çalışması da diqqət çəkir.
2. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD)
Ermənistan üzrə nümayəndəsi Debroah Grieser.
Diplomatik mənbələr İrəvanda diplomat sifəti ilə təmsil olunan ABŞ
kəşfiyyatçılarının adlarını da açıqlayır:
1. Makkesova Sova: O, ABŞ-ın İrəvandakı
səfirliyində “baş katib” olaraq çalışır, əslində isə CİA-nın (ABŞ
Mərkəzi Kəşfiyyat İdarəsinin) İrəvandakı ən yüksək səviyyəli
təmsilçisi olduğu deyilir.
2. Nikolos Sepaşvili: Makkesova Sova ilə evlidir.
Ukrayna üzrə mütəxəssis hesab olunur.
3. Bradli Filpot: İrəvandakı ABŞ səfirliyində
attaşe olaraq işləyir. 1980-ci il təvəllüdlüdür. Gürcüstan üzrə
mütəxəssis olaraq tanınır. İrəvandakı vəzifəyə M. Sova tərəfindən
gətirilib.
4. Riçard Hatc: “Rəngli inqilab” üzrə
mütəxəssisdir. İkinci katibdir, Jose Larziball və Adam Colvinlə
birlikdə Ermənistan mediası üzərində çalışır. Hər üç şəxs M. Sovaya
bağlıdır və Açıq Cəmiyyət İnstitutu (Soros Fondu) ilə birlikdə
hərəkət edirlər.
5. Polkovnik Brays Murfi: Daha əvvəl Kosovada
olub, oradan İrəvana gəlib. Hərbi attaşe olaraq çalışır. ABŞ Milli
Kəşfiyyat İdarəsinin üzvüdür.
6. Mayor Erik Larsen: Ermənistanda “Təhdidləri
azaltma koordinatoru” olaraq biloloji proqram üzərində işləyir.
Mənbələr vaxtilə Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində
işləyən Larsenin Ukrayna, Moldova və Azərbaycanda da çalışdığını
deyir.
7. Maykl Andreys Bashan: USAİD-in saytında adı
hallanır, lakin daha çox hərbi çevrilişlərdə iştirak etdiyi və bu
istiqamət üzrə mütəxəssis olduğu iddia edilir.
8. Lila Bashan: Maykl Bashanla evlidir. 2008-ci
ildə “The New York Times” qəzetinin yazdığı məlumatda Lila Bashan
“münaqişələrin qarşısını alma” üzrə ABŞ Dövlət Departamentinin
yenidənqurma və inkişaf şöbəsində işlədiyi deyilirdi. Həmin
məlumatda o da qeyd olunurdu ki, L. Bashan 2000-2008-ci illərdə
Qərbi Afrikada koordinator olaraq çalışıb. Ermənistan XİN-in
saytında Lilanın ABŞ səfirliyində ikinci katib olaraq işlədiyi qeyd
olunur.
9. Cosua Mulford: Bu şəxsin rəsmi vəzifəsi “hərbi
attaşe köməkçisi” olaraq göstərilir. Lakin Mulfordun polkovnik
Brays Murfiyə bağlı şəxs olduğu deyilir.
Bu adlar ictimaiyyətə məlum olanlardır, lakin şəbəkənin daha geniş
olduğu şübhəsizdir.
ABŞ-ın İrəvandakı kəşfiyyat şəbəkəsi ilk missiya olaraq Nikol
Paşinyanın hakimiyyətə gətirilməsini təşkil etdi, ikinci missiya
isə məhz İrandır. Hətta kəşfiyyat şəbəkəsinin artıq Ermənistanda
İrana qarşı fəaliyyətə başladığına dair informasiyalar var.
Və proseslərin analizi “ABŞ sanksiyalara rəğmən Paşinyanın
Tehranda “İran təranələri” sədası altında qol götürüb oynamasına
niyə göz yumur” sualının cavabına dair aydın təsəvvürlər
yaradır: Ermənistanın baş naziri ABŞ-ın İrana qarşı
istifadə etdiyi əsas casusdur və onun Tehranda apardığı
müzakirələrə dair məlumatları Vaşinqtona ötürməsi istisna
deyil.
https://asifnerimanli.wordpress.com/
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı