Təəssüf ki, Elçibəyin ruhunu yenə narahat etdilər!
Bizi izləyin

Köşə

Təəssüf ki, Elçibəyin ruhunu yenə narahat etdilər!

Azər Qismət

Avropanın siyasi partiyaları arasında belə bir ənənə mövcuddur. Partiyanın qurucusu barədə heç bir təhqirə yol verməmək. Hardasa partiya üzvləri öz aralarında ilk qurucunun müəyyən səhvlərini səsləndirərlər, müzakirə edərlər. Belə müzakirə ona görə aparılar ki, buraxılmış səhvlərdən nəticə çıxarılsın, yaxud uğurlar təqdir edilsin. Lakin ictimai şəkildə onun təhqir edilməsinə yol verilməz.

Əbülfəz Elçibəy yenə təhqir olunur. Təhqirin ən ağır formasında yenidən kampaniya başlanıb. Səbəb odur ki, Elçibəyin oğlu toy məclisinə cəbhəçiləri çağırmayacağını bildirib. Əslində, səbəbkarı qınamalı deyil, çünki 150 nəfərlik qonaqların siyahısında hər iki tərəfdən olan qohumlarla yanaşı, istədiyi şəxsləri görməyə çalışıb. Əgər bu hər hansı tədbir olsaydı, cəbhəçiləri hansı səbəbdən çağırmadığı barədə düşünməyə dəyərdi. Lakin bir insanın toy mərasimi mübhəm amildir və səbəbkarın kimləri çağırması şəxsi işidir. Ona hətta ən yaxın dostları da irad tuta bilməz. Təəssüf ki, Elçibəyin ruhunu yenə narahat etdilər. Özü də ağır təhqir formaları ilə. Əli Kərimli partiyanın ilk qurucusunun ruhunun şad olması naminə partiya üzvlərini səbr göstərməyə çağıra bilərdi. Lakin belə müraciət etmədi. Bu da iyrənc söyüşlərə rəvac verdi. Və bu da o siyasətin yönəlməsi deməkdir ki, Elçïbəy tərəfdarları AXCP-nin indiki sədri ətrafında birləşməlidir.

Necə il keçib, düşünmək olardı ki, Elçibəyin sağlığından vəfat etdiyi günə qədər "yurd"çuların barəsində yaydığı iyrənc şayiələrə son qoyular. Guya QİÇS xəstəsi olmasından tutmuş sərxoşluğuna qədər. Amma indi oğlunun şad günlə bağlı çağırışı yenidən təhqirlərə yol açdı. Əgər belə deyilsə, niyə partiyanın etika komissiyası Elçibəyin doğmaları, yaxud nəsli barədə təhqirə yol verənləri partiya sıralarından xaric etmir, yaxud xəbərdarlıq olunmur. Çünki AXCP sədri özünü partiyanın əvəzedilməz lideri olmasını qəbul etdirməyə çalışır. Lakin unudur ki, sadiq elçibəyçilər buna yol verməyəcək və onun mənəvi liderliyini qəbul etməyəcəklər.

Elçibəyin yadigarı toy edir. Xoşbəxt olsun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm