Köşə
“Ölüm seçimini” necə dayandıraq?
Asif Nərimanlı
“Mauqli”nin – Elvin Cəfərovun intiharında, elə post-müharibə dövründə intihar edən müharibə iştirakçılarının ölümü seçməsində hamımız günahkarıq: qazi(ləri)ni qəbul edib problemini həll etməsə belə, dinləməyi bacarmayan icra strukturlarının timsalında hökumət də, onların sosial-psixoloji təminatında bürokratik əngəllərə yol verən müvafiq qurumların timsalında dövlət də, ölümə gedən qazini fikrindən daşındırmayan, əksinə, “son sözün nədir” deyib videoya çəkən(lər)in timsalında cəmiyyət də.
Bütün müharibələrdən sonra belə problemlər olduğunu deyə, onlarla belə misal çəkə bilərik: amma bu “norma” kimi qəbul olunmamalıdır;
Müharibə yaralarının sağalması üçün addımlar atılır: sosial təminat, psixoloji yardım və s; amma bir qazinin, bir şəhid ailəsinin belə problemi qalıbsa, bu da “norma” olmamalıdır;
Problemin yoluna qoyulması üçün müxtəlif təklif verilir, hər kəsin də istəyi məsələnin köklü həllidir. Amma müvafiq icra strukturlarının timsalında hökuməti, müvafiq qurumların timsalında dövləti, kamera tutanların timsalında cəmiyyəti ayrı-ayrılıqda məsul tutmaqla köklü həllə nail ola biləcəyimiz də sual altındadır. Bu, yanğını “lokalaşdırmaqdan” başqa bir şey olmayacaq, indi olmasa belə, sonra yenə “ölümün seçilməsi” davam edəcək.
- Bölgələrdə icra strukturları müharibə iştirakçıları ilə işləmək prinsipini dəyişdirməlidir: onların istəyində, tələbində, yaxud sənədlərində problem axtarmaq əvəzinə, “necə həll etmək” haqda düşünməlidirlər, həll yolu hətta qanunlar, qaydalar çərçivəsində olmasa belə; əllərindən heç nə gəlmirsə, ən azı söhbət etmək, ürək-dirək vermək çətin olmamalıdır;
- Dövlət qurumları post-müharibə dövründə etdiklərininin yox, etmədiklərinin üzərində dayanmalı, o haqda danışmalı, düşünməlidir: “bu qədər qaziyə, şəhid ailəsinə, müharibə iştirakçısına bunlar edilib” sözləri “hələ bu qədər görülməli iş var” formasında dəyişərsə, daha yaxşı olmazmı?!
- Biz – hamımız - cəmiyyət də müharibə alovundan sağ çıxanların ölümə gedən yolunun üzərində dayanmalıyıq, hər kəs bacardığı, bildiyi şəkildə;
İntihar nə “son söz” olmalıdır, nə problemin həlli yolu. Nə də başqa müharibələrin nəticələri – post-müharibələrin minlərlə qurbanı ilə bağlı təcrübələr bizim üçün “təsəlliyə” çevrilməlidir.
Problemin köklü həlli üçün hökumət də, dövlət də, cəmiyyət də eyni işi görməlidir. Yox, bundan siyasi, qrup, yaxud şəxsi maraqlar üçün istifadə ediləcəksə, dövlət olaraq da, millət olaraq da heç nə qazanmayacağıq, yenə seçimimiz ölüm olacaq.
Vallah, bizə ölüm yaraşmır...
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı

































