İkinci xanımlar: prezidentlərin cazibədar məşuqələri - FOTOLAR
Bizi izləyin

Layihə

İkinci xanımlar: prezidentlərin cazibədar məşuqələri - FOTOLAR

Siyasətçilər də insandır, onların da zəif nöqtələri var. Lakin güclü və qüdrətli görünən siyasi xadimlər (əlbəttə ki, bəziləri) bəzən zəif cinsin nümayəndələri qarşısında hisslərinə hakim ola bilmirlər. Məsələ burasındadır ki, onların bu zəifliyi ailədaxili münaqişə ilə yekunlaşmır, ölkə səviyyəsində müzakirə olunur. Çünki söhbət ölkənin taleyini həll edən siyasi xadimlərin xəyanətlərindən və vəfasızlığından gedir... Yeri gəlmişkən, tanınmış siyasi xadimlərlə görüşməyə risk edən cəsarətli qadınlar həmişə var. Publika.az-ın “9 Don” layihəsində ən məşhur siyasətçilərin məşuqələri ilə tanış ola bilərsiniz.

Monika Levnski və Bill Klinton

Ağ Evdə təcrübə keçən 22 yaşlı Monika Levinskinin prezidentlə eşq macərası 2 il davam edib. Zalım taleyin istehzasıdır ki, Hillari Klinton siyasi xadim kimi bir sıra işlərlə məşğul olduğu və ailə dəyərlərinə həsr olunmuş konfranslarda mühazirələr oxuduğu vaxtda həyat yoldaşı ona xəyanət edirmiş... Xəbər o qədər sürətlə yayılır ki, Bill Klintonun öz köməkçisi ilə münasibətləri dünyanın hər yerində müzakirə mövzusu olur. 1998-ci ildə baş verən Monika Levinski qalmaqalına baxmayaraq, Hillari bəyan edir ki, o, ərini dəstəkləyir və bu hadisənin Billi gözdən salmaq üçün qurulduğuna inanır.

Əlbəttə ki, xəyanətlərə hər kəsin münasibəti də fərqlidir. Kimsə çamadanını yığıb evi tərk edir, kimisi də baş verənləri aydınlaşdırmağa çalışaraq münasibətlərinə ikinci şans verir. Bu məqamda ölkənin birinci xanımı çox çıxılmaz vəziyyətə düşür. Hillari Klinton emosiyalara qapılmır və ağıllı qərar qəbul edir. Hillari çox soyuqqanlı davranır, gözündən bir damcı da yaş axmır, heç bir təhqiredici söz demir. Ölkənin birinci xanımı hamıya göstərdi ki, özünə əziz olan insanla münasibətləri qoruyub saxlamaq daha əsasdır. Əlbəttə ki, bu qərarın nə dərəcədə ağıllı və düzgün olması mübahisəli məsələdir. Ümumiyyətlə, xəyanət edən kişinin bağışlanılması insan yaranandan mübahisəli hesab olunur.

Monika Levski isə baş verənləri kədərlə xatırlayır: “Elə bir gün olmayıb ki, mən dəhşətli səhvim üçün təəssüf hissi keçirməyim..”.

Prezidentlə romandan sonra qız gülüş obyektinə çevrilmişdi. O, heç yerə gedə bilmirdi, sakit həyat haqqında söhbət belə ola bilməzdi. Başqasının başına belə bir hadisə gəlsəydi, mövcud vəziyyətdən istifadə edərdi. Monikaya külli miqdarda pul təklif olunmasına baxmayaraq, o, prinsipial olaraq heç bir açıqlama vermir. Baş verənləri unutmaq üçün o, Avropaya oxumağa gedir, psixoloq diplomu alıb, geri qayıdır və iş axtarır. Lakin onu işə götürməkdən imtina edirdilər. Monika düz 17 il susur. Lakin bir neçə ay bundan əvvəl danışmaq qərarına gəlir. Yox, heç nəyi ifşa etmir, sadəcə olaraq, virtual təhqirlərin qurbanı olanlara kömək edən “Bystander Revolution” Fondunda müşavir postunu tutur. Tamaşaçılarla görüşdə o, "Vaxtilə mən özüm açıq təhqirlərin hədəfinə çevrilmişdim. Bu hissin necə olduğunu bilirəm” - demişdi.

Merilin Monro və Con Kennedi

Con Kennediyə qədər Merilin Monronun həyatında masajçı və sürücüdən tutmuş müsahibə verdiyi jurnalistlərə, hətta Frenk Sinatraya qədər müxtəlif insanlar olub. Kennedi ailəsiylə də Merlini elə Sinatra özü tanış eləmişdi. Birinci ledi olmaq arzuları baş qaldırmış Merilinlə ölkə prezidenti Beverli-Hilz mehmanxanasında və Sayt Monika qəsrində gizlincə görüşürdülər. Merlin isə dilini dinc saxlaya bilməyib dost tanışlarına prezidentin yataqda necə də demokratik olmasını danışaraq pıqqıldayıb gülürdü.

Merilin Monro deyirdi ki, əgər əvvəllər sevgi onun üçün arzulanan qadın olmaq demək idisə, indi başqasını külə çevirmək və onun üzərində hakimiyyət əldə etmək deməkdir. Sarışın gözəlçə onlarla kişinin qəlbini külə döndərir. Lakin Amerikanın xarizmatik prezidentini özünə aşiq edə bilmir. Con Kennedi üçün Merilin Monro yüngül eşq macərsından başqa heç nə deyildi. Həm də Monronun yüngül həyat tərzi, isterikaları Kennedini tezliklə təngə gətirmişdi. Həmin vaxtlar alkoqol və narkotik qəbul edən Merilin Monro Kennedi qardaşları üçün böyük problemə çevrilmişdi. Prezidentin 45 illik yubiley gecəsində Monronun “Ad günün mübarək, əziz prezident” mahnısını açıq-aşkar eyhamla oxumasından sonra Kennedi aktrisadan aralanmağı qərara alır. Çünki gözlənilməz sürprizlər onun prezident platformasına heç uyğun deyildi. Con Kennedi məşuqəsinə ağır olmasın deyə, ayrılmazdan əvvəl qardaşı Robert ilə onu tanış eləmişdi. Merilin isə adəti üzrə yeni evlilik haqqında planlar cızmağa başlamışdı. Aydın məslədir ki, Robert də başqa kişilər kimi, onun uşağının atası olmaq istəmirdi. Depressiyaya düşən aktrisa mətbuat konfransı toplayıb hər iki qardaşla münasibətlərini bütün dünyaya bəyan etməklə hədələyirdi.

Bu hadisədən çox keçmir ki, öz qeyri-adi davranışları və həyat tərzi ilə digərlərindən fərqlənən Merilin Monron 1962-ci ilin avqustun 5-də səhər tezdən evində, əlində telefon dəstəyi ölmüş vəziyyətdə tapılır. Stolun üstündə isə boş dərman qabı və ətrafa səpələnmiş güclü yuxu dərmanları var idi. Monronun cəsədinin ekspertizasında da yazılmışdı ki, ölümə səbəb dərmanın həddi aşması olub. Amma ona "yuxarılar" tərəfindən qəsd olunması ən real versiya kimi uzun illər müzakirə mövzusu oldu.

Silviya Kristel və Valeri Jiskar Esten

Ötən əsrin seks-simvolu olan, “Emmanuel” filmində baş rolda çəkilmiş hollandiyalı aktrisa Silviya Kristel Fransa prezidenti Valeri Jiskar Estenin sevgilisi olub. Maraqlısı budur ki, aktrisanın evli prezidentlə münasibətləri hər kəs tərəfindən kifayət qədər normal qarşılanmışdı. Fransada bu cütlüyün münasibətləri böyük ajiotaj yaratmamamışdı. Aktrisa siyasətçi ilə hələ prezident olmazdan əvvəl tanış olmuşdu. Aktrisa bütün diplomatik qəbullara gedir, ev sahibəsi rolunda çıxış edir, hətta səfərlərdə prezidenti müşayiət edirdi. Cazibədar aktrisa özü də evli kişi ilə münasibətdə olduğu üçün qətiyyən narahat deyildi. Bir sözlə, onlar həyasızcasına münasibətlərini davam etdirirdilər.

Amma Estenin administrasiyada kino və teatrla əlaqələr üzrə agent vəzifəsini icra etmək üçün xüsusi adam təyin etməsi onların ayrılmasına gətirib çıxarır. Məsələ burasındadır ki, bu adam prezident üçün gözəl aktrisalar tapır və onları prezidentlə görüşdürdü. Silviyaya isə daha az diqqət ayırırdı, nəticədə onların çoxillik əlaqəsi kəsilir.

S.Kristel ömrünün 61 yaşında xərçəng xəstəliyindən vəfat edib. Qeyd edək ki, aktrisa 50-dən artıq filmdə çəkilib. Ancaq onun baş rol aldığı və 1974-cü ildə ekranlara çıxmış “Emmanuel” filmi ona daha böyük uğur gətirib.

Fransua Mitteran və Ann Penjo

Fransa prezidentləri bu siyahıda xüsusi yer tuturlar. Onlardan biri də Fransua Mitterandır. “Nümunəvi ərin” - Mitteranın vəfatından sonra məlum oldu ki, o, arvadbaz olub. Onun axşam səfərlərinə 3 qadın daxil idi. Bir qayda olaraq, hər dəfə yeniləri olmalı idi. Prezident özü bu cür səfərləri yeməkdən əvvəl iştahanı açmaq təklif olunan “aperetiv” - içki növü, əsas yemək və desert adlandırıdı.

Bundan başqa, Mitteranın 2 ailəsi olub. Rəsmi arvadından iki oğlu var idi, rəsmi məşuqəsi Annadan isə bir qızı var idi. Prezident ikinci ailəsini daha çox sevir, vaxtının çoxunu da onlarla birlikdə keçirirdi. Hər iki ailənin Yelisey sarayında yaşamasını isə ancaq “incə fransız yumoru” ilə əlaqələndirə bilərik. Lakin Mitteranın öz postundan gedişindən sonra siyasətçinin xidməti vəziyyətindən sui-istifadə etməsi ictimai qalmaqala səbəb olmuşdu. Anna Penjoya isə sevimli həyat yoldaşının dəfn mərasimində iştirak etmək qəti qadağan olunmuşdu. Buna baxmayaraq, o qızı ilə mərasimə yenə də gəldilər. Hər iki ailə bir tabutun yanında dayanıb göz yaşları tökürdülər, sadə fransızlar isə televizordan dəfn mərasiminə baxıb çox heyfsilənirdilər.

Fransua Olland və Jüli Qaye

Fransa prezidenti ilə aktrisa Jüli Qaye hamıdan gizli görüşdülər. Ta ki, prezidentin səhlənkarlığı ucbatından münasibətlərinin üstü açılana qədər… Reportyorlar 2014-cü ilin yanvarında prezidenti öz motosikletini Qayenin mənzilinin yanında saxlayanda tutmuşdular. Bu barədə məlumatı ölkənin tanınmış "Closer" jurnalı yaymışdı. Jurnalın yazdığına görə, prezidentlə aktrisa 2013-cü ildə tanış olublar.

Jurnalın iddiasına əsasən, Fransua Olland 41 yaşlı Juli Qayetlə Parisdə yerləşən prezident iqamətgahına yaxın binanın dördüncü mərtəbəsindəki mənzildə gizli görüşürlər. Fransa dövlət başçısı isə yayılan məlumatla bağlı bildirib ki, onlarında arasında belə əlaqə mövcud deyil. O, jurnalı yalan məlumat yaydığına görə, məhkəməyə vermişdi. İddia ərizəsində aktrisa prezidentlə arasında heç bir münasibət olmadığını qeyd etmişdi. Amma sonradan cütlüyün uzun müddət birlikdə olduğunu məlum oldu.

Yaranan qalmaqal bir qədər səngiyəndən sonra cütlük yenidən görüşməyə başladı. Fransua Ollandın vətəndaş nikahında yaşadığı Valeri Trierveyler isə yayılan xəbərlərdən sonra ayrılmaq məcburiyyətində qalır. Yerli əhalinin Valeri Trierveyleri dəstəkləməsi isə prezidentin nüfuzunun aşağı düşməsi ilə nəticələnir.

Xatırladaq ki, Valeri Trierveylerin yazdığı "Bir ana görə təşəkkür" adlı memuarlar kitabında Culi Qayenin adı ilan kimi qeyd olunub. Buna baxmayaraq, Jüli Qayenin prezidentlə yaşadığı cinayətkar eşq macərası onun şöhrətini göylərə qədər qaldırır. Jüli hələlik prezidentin qanuni həyat yoldaşı olmasa da, bu yolda addımlayır. Deyilənlərə görə, xoşbəxtlik artıq yaxındadır…

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm