İddialı xanımların seçimi: yaşıl rəngli möcüzə - FOTOLAR
Bizi izləyin

Layihə

İddialı xanımların seçimi: yaşıl rəngli möcüzə - FOTOLAR

"Mücrü" layihəsində sizi hər həftə bir qiymətli daş ilə tanış edirik. Sirləri və sağlamlığa təsiri ilə qədim zamanlardan bəri insanların həyatının vazkeçilməz ünsürlərindən olan qiymətli daşlar haqqında bilmədiyimiz o qədər çox şey var ki.

Bəlkə də adını dəfələrlə eşitdiyiniz, ancaq mücrünüzə daxil etmədiyiniz malaxit daşı ilə bağlı olduqca maraqlı məlumatlar əldə etmişik. Daşların cazibəsi sizi də özünə çəkirsə, malaxit daşının sirlərindən agah olmağa hazırlaşın.

Tovuzquşu qədər iddialı, bər-bəzəkli

Malaxit daşı əsasən mis yataqlarının üst təbəqəsində tapılır. Sibir, Macaristan, Almaniya, Cənubi və Şimali Amerika, Cənubi Avstraliya və Cənubi Afrikada geniş malaxit yataqları var. Sərt və möhkəm deyil. Ona görə də, istənilən formaya salmaq olur. Əsasən, tünd yaşıl rəngdə olan daşın üzərindəki daha tünd, qaraya çalan xətlər, dairələr diqqət çəkir. Parıltılı daşdır. Asanlıqla sınır, qızdırıldıqda tərkibindən su çıxır və rəngi qaralır. Üzərinə amonyak tökdükdə əriyir. Bəzi turşular da bu daşın əriməsinə səbəb ola bilir.

Bu daşdan yaşıl rəngli təbii boya əldə edilir. Keyfiyyətli və bahalı ipək, yun, dəri və pambıq geyimləri, aksessuarları boyamaq üçün həmin boyadan istifadə edirlər. Malaxit boyası göbələk və bakteriyaları yox edir.

Malaxitin digər adı, "tovuzquşu daşı"dır. Qeyri-adi görünüşünə görə, ona məhz bər-bəzəkli tovuzquşunun adı verilib.

Kraliçaların sevimlisi

Keyfiyyətli malaxit daşından zinət əşyalarının hazırlanmasında istifadə edilir. Qədim zamanlardan bəri kraliçalar, şahzadələr məhz bu daşdan hazırlanan zinət əşyalarına üstünlük veriblər. Xüsusilə, İsveç kraliçaları malaxit daşından hazırlanan zərgərlik əşyalarına düşkün olublar.

Hollivud ulduzlarını Hindistan brendinə heyran qoydu

Malaxit daşı müasir dövrdə də xanımların vazkeçilməzi olaraq qalır. Bir çox dünya ulduzunun mücrüsündə malaxit qaşlı zinət əşyaları var. Məşhur Hindistan brendi olan "Isharya" malaxit daşı ilə hazırlanmış qeyri-adi və füsunkar zinət əşyaları kolleksiyaları ilə tanınır. Malaxit daşından hazırlanan ən zövqlü və şıq zinət əşyalarını məhz bu brend istehsal edir. "Isharya" malaxitdən hazırlanmış zinət əşyaları sayəsində Hollivud ulduzlarının diqqətini çəkə bilib.

Qadınların bu daşa qarşı olan simpatiyası səbəbsiz deyil. Qədim zamanlarda malaxitin sevgi ilahəsi Veneranın enerjisini daşıdığına inanılıb. Odur ki, daş sahibi özünü daha əmin hiss edir. Malaxit insanda zövq və gözəllik hisslərini inkişaf etdirir. Bu daşdan sevgi talismanı kimi də istifadə edilir.

Sağlamlığın dostu

Malaxit daşı sadəcə, qiymətli daş deyil, həm də sağlamlıq üçün əvəzedilməz təsiri olan möcüzəvi bir vasitədir.

Mənəvi təsiri:

İnsana cəsarət verir, qorxuları yox edir. Malaxit daşı insanı dərin düşüncələrdən, kədərdən uzaqlaşdırır. Başqaları ilə münasibət qurmaq qabiliyyətini inkişaf etdirərək insanlarla daha yaxşı ünsiyyət yaratmağa kömək olur. Keçmişlə bağlı peşmanlıqların unudulmasını təmin edir. Həm bədəni, həm də ruhu təmizləyir. Yaydığı enerji bütün bədənə təsir edir.Keçmişlə bağlı peşmanlıqların unudulmasını təmin edir. İş həyatında uğur qazanmaq üçün faydalıdır. İş masanızda malaxit daşı saxlasanız, karyeranızda sürətlə irəliləyəcəksiniz. Bütün diqqəti öz üzərinə çəkdiyi üçün sahibini bədnəzərdən qoruyur.

Malahit insanı pisliklərdən arındırıb, mənfi enerjini müsbət enerjiyə çevirən daş kimi tanınır. Bu daşdan uşaqlar da istifadə etməlidir. Çünki uşaqları da pis nəzərdən və mənfi enerjidən qoruyur. Səyahətə çıxarkən yanınızda malaxit daşı aparın. Bu daş qəzadan-bəladan da hifz edir. Kabuslardan xilas olmaq üçün də malaxitə müraciət etmək olar. Yastığın altına qoysanız, gecələr daha rahat yatmağınızı təmin edəcək. Mərhəmət duyğusunu artırır.

Həssas insanlar, diqqət!

Sakitləşdirici xüsusiyyəti sayəsində yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir. İnsana pozitiv enerji verir. Hissləri qüvvətləndirir. Ona görə də, həssas insanlar malaxitdən istifadə edərkən diqqətli olmalıdırlar. Malaxit daşını hər gün yanlarında gəzdirməmələri məsləhətdir.

Təbii ağrıkəsici

Malaxit təbii ağrıkəsicidir. Ağrı olan yerə qoymaq və ya həmin bölgəni bu daşla masaj etmək lazımdır. Qarın ağrısı və əzələ ağrıları, həmçinin diş ağrısı zamanı istifadə çox faydalıdır.

Qadınların dostu

Bu daş qadınların sağlamlığı üçün çox əhəmiyyətlidir. Malaxit doğuşu asanlaşdırır, ananın daha az ağrı hiss etməsinə səbəb olur.

Digər təsirləri:

Epilepsiyanın əlamətlərini aradan qaldırır. Maşında və ya dənizdə olarkən ürəkbulanmasını azaldır. Ürəyi qüvvətləndirir. Revmatizmaya qarşı faydalıdır. Hüceyrələri yeniləyir, gənc və dinc hiss etdirir. Yaşlanmağın qarşısını alır. Bağırsaqları və dalağı qoruyur. Radaiasiyanın təsirini azaldır. Qandakı oksigenin səviyyəsini artırır. Təzyiqi sabitləşdirir.

Hansı bürclərə daha tez təsir edir?

Malaxit daşı hamı üçün faydalı olsa da, bəzi bürclərdən olanlara daha tez təsir edir. Buğa, Tərəzi, Əqrəb və Oğlaq bürclərindən olanlar mütləq malaxit daşından istifadə etməlidirlər.

Daşı necə təmizləməli?

Malaxit daşının faydalarından yararlanmaq üçün onu düzgün təmizləməli və mühafizə etməlisiniz. Əks halda, daş öz təsirini itirər. Daşı əsla su və sabunla təmizləməyin. Yumşaq parça ilə silin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm