“Türk kişisindən dünyaya uşaq gətirmərəm” – FOTOLAR
Bizi izləyin

Layihə

“Türk kişisindən dünyaya uşaq gətirmərəm” – FOTOLAR

O Türkiyənin ən cazibədar aktrisalarından biridir. Son günlər olduqca gündəmdədir. Çünki kişi həmkarıyla öpüşərkən görüntüləndiyi üçün rejissor tərəfindən çəkildiyi serialdan uzaqlaşdırıldığı iddia edilir.

Söhbət qısa qara saçları, mənalı baxışlarıyla hər kəsi özünə heyran edən Qonca Vuslateridən gedir.

Gözəl aktrisa "Seninle" jurnalına maraqlı müsahibə verib.

Gerçək eşqlə heç qarşılaşmadığını deyən aktrisa türk kişilərindən uzaq durduğunu və qazandığı pulun çoxunu psixoloqlara verdiyini deyir. Qoncanın açıqlamaları sizi də təəccübləndirəcək. "Şirin söhbət" layihəmizi oxumağa davam edin.

- Çöldən dəcəl bir oğlan uşağını xatırladırsan, amma üzündəki ifadə içində, ruhunun dərinliklərində qanayan bir nöqtə olduğunundan xəbər verir.

- Müşahidələrin necə də doğrudur. Qanayan bir yaram varmı bilmirəm, amma müqavimət göstərməyə davam edən bir ürəyim var.

- Gözlərində bir az hüzn, kədər görürəm.

- 30 yaşımın tamam olmasına az qaldı. Axmaq, çılğın gəncliyimə vida edirəm.

İstər-istəməz bu keçid müddətində daha romantikəm. Sanki hələ indi yetkinləşirəm.

14 yaşımda çatmalı olduğum yetkinliyə 30 yaşımda çatıram. O vaxtlar çox bildiyimi sanırdım, indi bilmədiyimi anlayıram.

- Həyatımızdakı ən önəmli insanlar xarakterimizin formalaşmasına təsir edirlər. Qoncanın bu günə gəlib çatmasında kimlərin rolu olub? Anan, atan, bacın, ya hamısı?

- Heç biri. Yanımda dostlarımın, rəfiqələrimin anaları olublar.

- Səs tonundan anlayıram ki, çox çətin dövrlərdən keçmisən. Yaşadıqların məktəb həyatına necə təsir edib?

- Məktəbdə çox müvəffəqiyyətli idim. Əgər yaşadığım hadisələr haqda çox fikirləşsəydim, məğlub olardım.

Oyuna davam etmək lazım idi. Mən də davam etdim. Əks halda adamyovuşmaz, depressiyadan çıxa bilməyən bir insan olardım.

- Həyatla necə mübarizə apardın?

- Öz pulumu qazanmağa başladım. Vergimi ödədim, məşhur oldum, cəmiyyətə qarşı məsuliyyətim olduğunu anladım.

Təəssüf ki, bir anda məşhurlaşmışdım və küçədə gəzə bilmirdim.

Qazandığım pulun çoxunu psixoloqlara tökmüşəm. Düz 2 il psixiatr və psixoloqların yanına getmişəm.

- Deyəsən, çox həssassan.

- Hə, həssasam. Həm də bu ölkədə yaşamaq o qədər çətindir ki. Yalnız qabiliyyətli olmaq heç nəyi həll etmir. Min dəfə uğura imza atırsan, illərlə çiyinlərinin üstündə yük gəzdirirsən, ancaq heç kim filmdəki performansından danışmır, hamı maşında öpüşməyinlə maraqlanır.

- Romantiksən?

- Özümə aşiqəm. Çox romantikəm, amma özümə qarşı. Özümü yeməyə aparıram, sərxoş edirəm, sonra evə aparıram, özümü qucaqlayıb yatıram. Bu günə kimi heç vaxt istədiyim eşqlə qarşılaşmamışam. Sevgililərim olub, ancaq evlilik haqqında düşünməmişəm.

- Niyə belə olur?

- Mən aşiq ola bilmirəm, bacara bilmirəm. İndi birlikdə olduğum insan da bunu bilir, ona etiraf etmişəm. Amerikalıdır, çox xoşbəxtik. Nə şəxsi həyatıma, nə peşəmə qarışır. Eşq həyatımla bağlı çox şeylər yazırlar. Ancaq mənim son illərdəki bütün sevgililərim amerikalı olublar. Bir türkdən uşaq dünyaya gətirməyi düşünmürəm.

Türk kişiləriylə dost ola bilirəm. Hətta ən yaxın dostlarım da türkiyəlidirlər. Ancaq sevgi mövzusunda qəlbimi qırıblar, ona görə də bir daha sınaqdan keçirmək istəmirəm. Mənə həyatında spirtli içki, əlavə qadın olmayan, zənginlik ehtirasıyla yanmayan və tülkülüklə işləri həll etməyə çalışmayan bir türk kişisi göstərə bilərsən? Onsuz da türk kişisi məni bəyənməz, "bu dəlidir", deyər.

- Bəs, əslində necəsən?

- İnsanlar mənə inanmaqda çətinlik çəkirlər. Mən kiminsə mənə güvənməsi üçün nəsə xüsusi bir şey etmirəm. Ancaq yanlış bir şey də etmirəm. Ona görə də kimi məni sevir, kimi də inanmadığı üçün uzaq durmağı seçir.

- Qarşıda həyata keçirmək istədiyin hansı planların var?

- Musiqi ilə əlaqədar proyektlərim var. DJ-lik edirəm. Pianoda çalmağı bacarıram. Bacım musiqiçidir. Mən isə gələcəkdə mahnı oxumaq istəyirəm.

Ayla Alqan, Hümeyra kimi aktrisalardan nümunə götürürəm, onlara pərəstiş edirəm. Mən də aktrisalıqla yanaşı, müğənnilik etmək istəyirəm. Gələn il konsert verəcəyəm.

Atilla Özdemiroğluyla işlərə başlamışıq.

Həmçinin televiziyada və teatrda işlərim davam edəcək.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm