Ən təhlükəli fransız gözəlləri - FOTOLAR
Bizi izləyin

Layihə

Ən təhlükəli fransız gözəlləri - FOTOLAR

Bir çox moda inqilabları Fransada doğulduğu üçün fransız xanımları geyim-kecimi, davranışı, danışığı və qeyri-adi zərifliyi ilə fərqlənirlər. Onlar hər zaman özlərinə inamlı görünürlər, müxtəlif üslubları qarışdırmaqdan da qorxmurlar. Publika.az-ın “9 don” layihəsi çərçivəsində bu həftə gözəlliyi ilə dünyaya səs salan fransız qızlarından danışacağıq.

İzabel Acani 1955-ci ildə anadan olub. O, Fransanın tanınmış teatr və kino aktrisasıdır. İzabel fransız aktrisası kimi tanınsa da, onun atası Əlcəzair mühaciri olub, anası isə almandır. İfadəli mavi gözləri ona anasından miras qalıb, qapqara saçı isə əlcəzairli atasından keçib.

Изабель Аджани 1

O, 12 yaşından həvəskar teatrda oynayır, həm də kiçik rollarda çəkilirdi. 15 yaşında məktəb tətili zamanı İzabel ilk dəfə "Balaca kömürçü" filminə çəkilib. 19 yaşında isə İzabel Acani məşhur teatrın rəhbərliyi ilə 20 illik müqavilə imzalayıb. Aktrisanın dünya şöhrəti əldə etməsi 1994-cü ilə təsadüf edir. "Kraliça Marqo" filmi ekranlara çıxdıqdan sonra, 39 yaşlı aktrisa dünyanı sözün əsl mənasında özünə heyran edir. Belə ki, İzabel “Ən yaxşı qadın rolu”-na görə 5 dəfə Sezar mükafatı qazanıb.

Fransız aktrisası Odri Tatu 1976-cı ilin 6 avqustunda dünyaya gəlib. Aktrisanın atası stomatoloq, anası isə savadsızlıqla mübarizə assosiasiyasının üzvü olub. Odri uşaqlıqda biologiya ilə maraqlanırdı, lakin valideynləri qızı dilə tuturlar ki, o, liseydə teatr sənəti dərsi alsın. Liseyi bitirəndən sonra valideynləri qızı Paris teatr məktəbinə iki həftəlik kursa göndərirlər. Odri aktyorluq kurslarını bitirdikdən sonra bütün həyatını birdəfəlik kino və teatrla bağlamaq qərarına gəlir.

Одри Тоту 1

Hollivudda onu qeyri-adi gözəlliyinə görə zarafatla "kurasandan sonra ikinci böyük fransız nailiyyəti" adlandırırlar. “Ameli” filminə baxdıqda elə təəssürat yaranır ki, ssenari xüsusi olaraq bu miniatür və bacarıqlı aktrisa üçün yazılıb. Yeri gəlmişkən, Jan Pyer Jene Odrinin portretini gördükdən sonra ona bu rolu təklif edib.

Aktrisanın sözlərinə görə, onun cəlbediciliyinin və əbədi gəncliyinin sirri sağlam yuxudur.Aktrisa sutkada 10 saat yatır.

Fransız kinoaktrisası və rejissoru Sofi Marso17 noyabr 1966-cı ildə anadan olub. Atası sürücü, anası isə satıcı olub. Aktrisanın kinoya gəlişi təsadüf nəticəsində baş verib. O, rəfiqələrinin birindən öyrənir ki, Klod Pinoto öz yeni filminə yeniyətmələr axtarır. Bundan sonra özünü sınamağa qərar verir. Bir neçə min namizəd arasından baş rola Marsonu seçmişdilər. Beləliklə, o, “La Boum” filmi ilə bir anda ulduza çevrilir. Hətta filmin ikinci hissəsi də çəkilib. Bununla o, Avropada ən yaxşı debüt nominasiyasında "Sezar” mükafatını qazanıb.

Софи Марсо 1

O, "Cəsur ürək" filmindəki şahzadə İzabella rolu ilə dünya şöhrəti qaznır. Üstəlik, adını Avropanın ən gözəl qadınları siyahısına yazdırır. Axı, o, həm gözəldir, həm fransızdır, həm də yaxşı aktrisadır... Aktrisa kinolardan fürsət tapdıqca reklamlara də çəkilir. Sofi Marso "Guerlain" kosmetika firmasının simasıdır.

Aktrisa özündən 26 yaş böyük Polşa rejissoru Andrzej Zulavski ilə ailəli olub. Onların Vinsent adlı oğulları dünyaya gəlsə də, Sofi yoldaşını Amerikalı prodüser Cim Lempliyə dəyişir, ondan da Julliet adlı qızı dünyaya gəlir.

Bricit Bardo Merilin Manro ilə dünya kinematoqrafiyasının ən seksual sarışını adı uğrunda mübarizə aparmağa qadir olan yeganə aktrisadır. Bricit Bardo 28 sentyabr 1934-cü ildə ticarətçi ailəsində dünyaya gəlib. Anasının istəyi ilə uşaqlıqdan rəqslə məşğul olub. Bricit balerina olmaq üçün 1947-ci ildə Milli Rəqs Akademiyasına imtahan verir. 3 il ərzində rus xoreoqrafı Boris Knyazevdən dərs alır.

Брижит Бардо 1

1949-cu ildə Bardo moda festivalında iştirak edir. 1950-ci ildə "Elle" jurnalında onun ilk şəkli çıxır. Maraqlıdır ki, “Elle” jurnalı aktrisanın həm karyerasında, həm də şəxsi həyatında mühüm rol oynayıb. Bu kadr rejissor Roje Vadimi o dərəcədə heyran edir ki, o bu gözəli kastinqlərə dəvət etmək qərarına gəlir. Sınaq çəkilişləri uğurlu alınır. Ardınca Bardonun kino karyerası başlayır. 1952-ci ildə isə aktrisa onun gözəlliyinə valeh olan rejissor Vadimonla ailə qurur. Bundan sonrakı 4 il ərzində aktrisa 17 filmdə, xüsusilə də lirik melodramlarda rol alır. Ona dünya şöhrətini isə "Mən qadını gözləməkdən qorxuram" filmi gətirir.

Onun gözəlliyi moda dünyasında da iz qoyun. Belə ki, məhz Bardonun cazibəli fiqurası sayəsində bikini çimərlik paltarı dəbə minib. Aktrisa Con Lennon üçün ideal gözəllik nümunəsi idi.

Məşhur fransız aktrisası Katrin Denev 1944-cü ildə anadan olub. Katrin Denevi "Fransanın meqaulduzu" adlandırırlar. 70 yaşlı aktrisa çoxdan dünya kinematoqrafının incisinə çevrilib. Aktrisa musiqili "Şerbur çətirləri" (1964) filminin Kann uğurundan sonra ulduz statusu qazanıb. Növbəti ildə o, Roman Polanskinin "Nifrət" psixoloji trillerində baş rolu oynayıb. Sonrakı illərdə Luis Bunyuel ("Tristana", 1970) və Fransua Tryuffo kimi rejissorlarla işləyib. Onun ən cəsarətli rollarından biri Bunyuelin "Günorta gözəli" filmi sayılır.

Катрин Денев 1

Aktirsanın rolları kimi şəxsi həyatı da olduqca rəngarəngdir. Onun məxfi məhəbbət siyahısında Marçello Mastroyanni, Roman Polanski, Alen Delon, hətta Fransanın bir prezidentinin adı çəkilir.

Fransız aktrisa və modeli Letisiya Kasta 1978-ci ildə anadan olub. O, 15 yaşından Fransanın məşhur model agentliklərində işləməyə başlayıb. Tezliklə “Elle” jurnalının üz qabığına çəkilib. Bir neçə il sonra “Guess” və “Victiroas Secret” kimi brendlərin də siması olur. 1999-ci ildə o, ilk dəfə "Asteriks və Obeliks" filmində çəkilib.

Летиция Каста 1

Model biznesi haqqında bütün uydurmalara rəğmən ehtrisalı fransız pəhrizləri tanımır. Gözəl qızın sözlərinə, inansaq, öz elastik və cazibəli bədən quruluşunu plastik cərrahlara deyil, qatığa borcludur.

O, 2001-ci il oktyabrın 19-də fransız fotoqraf Stefano Sednuidən olan qızı Satini dünyaya gətirib. 2006-ci il sentyabrın 24-də Letisiyanın oğlu Orlando, 2009-cu il avqustun 30-də isə italyan aktyor Stefano Akkorsidən qızı dünyaya gəlib.

Eva Qrin 1980-ci ilin 6 iyulunda Parisdə anadan olub. Aktyor karyerasına teatrda başlayıb, 2003-cü ildə isə ilk dəfə "Xəyalpərəstlər" dramına çəkilib.

Ева Грин 1

Ona ən çox məşhurluq qazandıran film isə “Allah rəhmət eləsin" və Ceyms Bondun qızını oynadığı "Kazino "Royal" filmidir. O, heyrətamiz rolu ilə dünya kinomatoqrafiyasının rəğbətini qazanmışdı. Xatırladaq ki, Eva Qrinin əkiz bacısı var.

Marion Kotiyyar 1975-ci ildə Parisdə andan olub. O, klassik fransız gözəlliyinin mütləq etalonudur: badamı gözləri, dik burnu və batıq çənəsi ilə kişilərin heyranlığını qazanıb.

Марион Котийяр

Marion Edit Piaf rolu üçün çəkiliş zamanı saçını və qaşlarını tamamilə qırxmaq məcburiyyətində qalmışdı. Lakin aktrisa təbii cazibəsini onda da belə itirməmişdi.

Elison Le Borj tanınmış fransız aktyoru Alen Delonun nəvəsidir. O, babasına inanılmaz dərəcədə oxşarlığı ilə tanınır: eyni baxışlar, eyni ifadə, eyni gözlər...

Элиссон Ле Борж 1

27 yaşlı gözəl modelliklə məşğuldur. O, “Intimissimi” alt paltarı brendinin simasıdır. Lakin təkcə seksual bədəni ilə deyil, həm də mənalı gözləri ilə kişilərin ağlını başından alır.

Məşhur fransız aktrisası Emmanual Baer 1963-cü ilin 14 avqustunda dünyaya gəlib. Emmanual nadir qadınlardandır ki, illər onun gözəlliyinə ləkə salmır. Əksinə, o, yaşa dolduqca daha da gözəlləşir.

Emmanuel 27 yaşında dodaqlarını plastik əməliyyat yolu ilə şişirdərək öz görkəmini dəyişib. Lakin əməliyyat uğursuz alınmışdı. Buna görə, o görkəmini bərpa etmək üçün yenidən cərrahlara müraicət etmişdi.

Эммануэль Беар 1

Aktrisa 2003-cü ildə “Elle” jurnalının üz qabığına çəkilib. Jurnalın bütün tirajı üç gün ərzində satılaraq rekord qırıb. Kinodakı çoxsaylı rollardan başqa o, Hüquq Müdafiəsi Hərəkatının fəalı və YUNİSEF-in xoşməramlı səfiri kimi tanınır.

Aktrisa Jyulett Binoş 1964-cü ildə martın 4-də anadan olub. O, “Varlığın dözülməz yüngüllüyü”, “Üç rəng: Göy”, “İngilis xəstə”, “Şokolad” və s. filmləri ilə məşhurdur. O, “İngilis xəstə” filmində oynadığı tibb bacısı Xanna roluna görə, “Oskar” alıb.

Жюльетт Бинош 1

Jyulett dəfələlər etiraf edib ki, doğma fransızlar üçün əcnəbi, əcnəbilər üçün fransız olduğuna görə özünü qəribə hiss edir.

Fransanın eks prezidentinin birinci xanımı olmazdan əvvəl Karla Bruni həm model, həm aktrisa, həm də müğənni kimi fəaliyyət göstərib. O, fransız gözəli kimi tanınsa da, əslən italiyalıdır. O, 1967-ci ildə İtaliyanın varlı ailələrinin birində Turində doğulub.

Карла Бруни 1

Lakin əldə etdiyi bütün uğurları məhz Fransada qazanıb. O, ən çox qazanan modellər siyahısına daxil olub, debüt musiqi albomu buraxıb, respublikanın simvolu və ölkənin birinci xanımı olub.

Berenis Marlo 1979-cu ildə mayın 19-da andan olub. Ekzotik parisli qız məxfi agent Ceyms Bondun yaxın rəfiqəsidir.

Беренис Марло 1

Ceyms Bondun “007:Koordinatları “Skayfoll”” filminin 3-cü hissəsində bütün tamaşaçıları ekranlara Ceyms Bond deyil, damarlarında kamboca qanı axan bu ehtiraslı qadın kildləmişdi.

Fransız aktrisası, fotomodel və müğənni Vanessa Paradis 1972-ci ildə anadna olub. Aktrisasının qeyri-standart gözəlliyi və musiqi ifası müntəzəm olaraq qızğın mübahisə mövzusu olurdu.

Ванесса Паради 1

Conni Deppin keçmiş sevgilisini miniatür gözlərinə görə "Balaca mələk" adlandırırlar. Ömründə bir dəfə də olsa, bu cazibədar və zərif qadınla üzləşən şəxs bununla mübahisə etməz.

Anna Muqlalis 1976-cı ildə aprelin 26-da andan olub. Şıltaq teatr aktrisasını 2002-ci ildə Karl Laqerfeld kəşf edib və onu özünü ilham pərisi etmək qərarına gəlib.

Анна Муглалис 1

Əvvəlcə qız “Chanel”-in “Allure” ətrinin siması olub, daha sonra isə "Koko Şanel və İqor Stravinski" filmində oynayıb. Bu hadisədən sonra aktrisa fransızların gözəllik etalonuna çevrilib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm