“Elie Saab”-dan geyinən məşhurların ən gözəl ziyafət libasları – FOTOLAR
Bizi izləyin

Layihə

“Elie Saab”-dan geyinən məşhurların ən gözəl ziyafət libasları – FOTOLAR

Qırmızı xalının kralı!

Ziyafət libaslarından söz düşəndə, livanlı dizayner Eli Saabın adının hallanmaması mümkün deyil. Çünki məhz onun paltarları qızları əsl şahzadəyə çevirmək gücə malikdir. Eli Saab sehrbazdır. O yalnız effektli paltar tikmir, o hər bir qızın bayram axşamlarında, qırmızı xalıda və ya öz toyunda şahzadə olmaq kimi əlçatmaz xəyalını həyata keçirir. O, yaratdığı libaslar sayəsində xanımın kütlə içində seçilməsinə, hətta uzun illər unudulmamasına nail olur. Kişilər isə öz xanımlarını bu libaslarda görəndə riqqətə gəlirlər, hətta öz şahzadələrinə yenidən aşiq olurlar…

Livanlı dizaynerin sehrbaz ləqəbini qazanması təsadüfi deyil. Məsələ burasındadır ki, o tikiş texnikalarını uşaqlıqdan, özü də heç kimin köməyi olmadan mənimsəyib. Uzun müddət öz üzərində işləyib bacarıqlarını inkişaf etdirən dizayner 18 yaşında Parisə getmək qərarına gəlir. Ustalıq məharətini daha da artırandan sonra yenidən vətənə qayıdır və özünün ilk atelyesini açır.

Gözlənilməz şöhrəti onun üzərinə Hollivud ulduzlarını qırmızı xalı məraimslərinə hazırlamaq kimi məsuliyyətli iş qoyur. Ona görə də Eli Saab qırmızı xalı üçün paltar yaradaıcısı kimi daha məşhurdur. Son zamanlar qırmızı xalıda individuallığa meyil edən Hollivud ulduzları bir-birinin ardınca "Elie Saab"ın əsərlərinə müraciət edirlər. "Qremmi", "Emmi", "Qızıl qlobus" və "Oskar" kimi bir çox digər mərasimlər Eli Saabın heyranedici dəstləri olmadan keçinə bilməz. Lakin o, təkcə tanınmış simaların deyil, həm də elit təbəqənin ən çox müraciət etdiyi dizaynerlərdən biridir. Publika.az-ın "Moda İnqilabları" layihəsinin bu sayında Eli Saab yaradıcılığının ən parlaq nümunələrini haqqında danışacağıq.

Eli Saab sözün həqiqi mənasında yarandığı ilk illərdən məşhurluq əldə edə bilib. Məsələn, 2002-ci ilin 24 martında Los-Ancelesdə "Oskar" mükafatının növbəti təqdimetmə mərasimi dizayner üçün taleyüklü məsələ idi. Çünki həmin mərasimə qaradərili aktrisa Holli Berri hələ heç kimin tanımadığı livanlı dizayerdən, yəni, Eli Saabdan geyinmək qərarına gəlmişdi. Həmin gecə həm aktrisa, həm də dizayner üçün unudulmaz olur. "Oskar" tarixində ilk dəfə idi ki, qaradərili aktrisa "ön planda ən yaxşı qadın aktrisa" roluna görə layiqli mükafat qazanmışdı. Holli Berri mükafatı almaq üçün səhnəyə Eli Saabın aşağısı tünd qırmızı enli yubkasında, yuxarı hissəsi isə çiçək naxışları ilə bəzədilmiş şəffaf köynəyində qalxmışdı. Bu hadisə modelyerin taleyində dönüş nöqtəsi idi. Belə ki, aktrisanın əynindəki libas "Oskar" tarixində ən açıq və seksual paltar kimi həmişəlik yadda qaldı.

Холли Берри, 2002 год

Moda evinin müştəriləri arasında kral ailəsinin dəbdəbəli xanımları da var. İordaniya kraliçası Raniyə haqlı olaraq kral ailərinin ən yaxşı geyinən qadınlarından biri hesab olunur. Stil ikonası artıq uzun illərdir ki, sevimli brendləri: "Armani" və "Elie Saab"a öz sədaqətini nümayiş etdirir. O, başqa brendlərdən demək olar ki, geyinmir. Zəngin dekorlar, bahalı daş-qaşla bəzədilmiş geyimlər Raniyənin zahiri görkəmini mükəmməl şəkildə vurğulayır, həm də modelyerin yaratdıqlarının ən effektiv reklamı olur. Kutyur kolleksiyalarından başqa İordaniya kraliçası bu moda evinə tez-tez xüsusi xüsusi sifarişlər verir.

Королева Иордании Рания, 2002 год

Eli Saab istedadının daha bir pərəstişkarı isə müğənni Beyonsdur. Diva brend yarandığı gündən etibarən onu dəstəkləyib. Üstəlik, mühüm çıxışlar üçün mütəmadi olaraq bu brendi seçir. Beyonsun "Elie Saab"dan bəlkə də yüzlələr dəbdəbəli donu var, amma su pərisi siluetini xatırladan mavi rəngli paltarı xüsusi ilə seçilir. Paltarın belindəki bant isə 60-cı illərin retro füsunkarlığını vurğulayır. Beyons özü də etiraf edir ki, "Elie Saab" paltarları ona çox gözəl yaraşır. O, dizaynerin qeyri-adi naxışlarını, işləmələrini, bərbəzəyini inanılmaz dərəcədə bəyənir.

Бейонсе, 2006 год

Beyons bu paltarı 2006-cı ildə "Qızın arzuları" filminin premyerasına geyinmişdi. Bunun sayəsində dizayner görünməmiş zirvələrə çatmışdı.

Hind gözəli, aktrisa Ayşvariya Ray da seçimlərini adətən "Elie Saab" üzərində edir. Məsələn, 2010-cu ildə keçirilən "Longines Charity Dinner" xeyriyyə gecəsində "Elie Saab"-dan olan V dekolteli qara donda hamıdan fərqlənirdi. Paltarın çiyinlərindəki dekorlar isə aktrisanı özünəməxsus göstərirdi. Yeri gəlmişkən, Ayşvariyanın Kann kinofestivallarına geyindiyi libasların 90 faizi bu moda evindən olur.

Айшвария Рай, 2010 год

Eli Saab haqlı olaraq kral dərzisi adını daşıya bilər. Belə ki, Lüksemburq hersoginyasi Stefaniya de Lannua toyu üçün gəlinliyini heç tərəddüd etmədən livanlı dizaynerə həvalə etmişdi. Gəlinliyin hazırlanmasına 3 200 saat, 50 000 mirvari, 80 000 kristal, 90 metr krujeva, 70 metr tül, 30 metr orqanza və 10 000 metr gümüş sap sərf olunub. Dizayner şah əsərini 4,5 metrlik şleyf, 5 metrlik fata ilə tamamlayıb. Ona görə də, bu nadir əsərin dəb tarixində güclü təsir bağışlayan gəlinliklərin siyahısına daxil olması təəccüblü deyil.

Герцогиня Люксембурга Стефания де Ланнуа, 2012 год

Lüksemburq kral ailəsinin daha bir üzvü, şahzadə Feliksin xanımı Kler Lademaxer qərara gəlib ki, "Elie Saab"-dan gəlinlik paltarları geyinmək taxt-tac varislərinin xoş ənənəsinə çevrilə bilər. Əlbəttə ki, zərif və romantik don gəlin üçün xüsusi olaraq yaradılıb. Həftələr ərzində ərsəyə gələn əl əməyinin ikincisi yoxdur. İdeal gəlinlik paltarının yaradılmasında krujevadan, tüldən, tikmələrdən istifadə olunub. Yeri gəlmişkən, toyda qonaqların yarısı "Elie Saab" paltarlarına üstünlük vermişdilər.

Клэр Ладемахер, 2013 год

Kral ailəsinin daha bir üzvü – Monako şahzadəsi Şarlotta Kaziraqinin hələ toyu olmayıb. Amma bu fakt onun "Elie Saab" pərəstişkarı olmasına mane olmur. Daş-qaşa xüsusi məhəbbəti olmayan bu xanım daha lakonik və təmkinli modellər seçir. Lakin livanlı kuturyenin firma xətti öz sözünü deyir. Məsələn, 2012-ci ildə Madriddə keçirilən "Cartier Exhibition" sərgisinin açılışına Şarlotta Kaziraqi çoxsaylı dropirovkalı, boz və sadə libasda gəlmişdi.

Шарлотт Казираги, 2012 год

Aktrisa Qvinet Peltoru minimalist və təmkinli üslubun pərəstişkarı olsa da, o da digər həmrakları kimi "Elia Saab" təmtərağına laqeyd qala bilməyib. Aktrisa bəzən "təmtəraq günahına" uyuraq qırmızı xalı mərasimləri üçün livanlı modelyerin geyimlərini seçir. Moda tənqidçilərinin fikrincə, aktrisanın 2011-ci ildə "Bambi Awards" mükafatlandırma mərasiminə geyindiyi zümrüd rəngli, dərin sinə dekolteli payetli paltarı onun bütün karyerası ərzində ən yaxşı çıxışı idi.

Гвинет Пэлтроу, 2011 год

"Elie Saab" kolleksiyasına böyük töhfə verən daha bir ulduz Dita fon Tizdir. Yeri gəlmişkən, o dizaynerin ilham pərilərindən biridir. Ulduz adətən, parlaq rənglər və cazibəli formalar seçir. Məsələn, bu qırmızı, açıq dekolteli paltarı "Crazy Horse"şousunun növbəti mövsümün premyerasına geyinmişdi.

Дита фон Тиз, 2010 год

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm