Magazin1
Səxavət Məmmədovun doğum günüdür
Azad bir quşdum,
Yuvamdan uçdum,
Bir bağa düşdüm
Bu gənc yaşımda...
Bu məşhur musiqini təsadüfən xatırlamadım, bu payız səhərində sevilən sənətkarımız Səxavət Məmmədov dünyaya göz açıb.
Publika.az xəbər verir ki, Səxavət Məmmədov
1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində
anadan olub. Səsi "Segah"a yatımlı, ruhu "Segah"a bağlı müğənninin
mahnılarının əksəriyyəti məhz "Segah"ladır: "Ay Bəri Bax", "Uca
Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül"
"Külək" və s.
Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib. Həmin vaxt ölkədə müharibə getdiyindən Bakıda sifariş edilən məzar daşı ünvanına çatdırılmayıb. Odur ki, qəbri doğulduğu kənddə olan xanəndənin adı, şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalıb.
Cəvahir
-
Hadisə02:00Xəzər dənizində zəlzələ oldu
-
Səhiyyə01:41Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi
-
Yaxın Şərq00:45İrana qarşı əməliyyat başa çatıb? - Netanyahudan AÇIQLAMA
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gözəllik görmək gözəldir, amma...
-
İdman11 Aprel 23:36Ronaldo karyerasının 968-ci qolunu vurdu
-
Ekologiya11 Aprel 22:36"Yeddi aya yağan yağış iki gündə yağdı" - VİDEO
-
Yaxın Şərq11 Aprel 22:24Pakistanın hərbi kontingenti bu ölkədə yerləşdirildi
-
Sosial11 Aprel 21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ


































