Ramiz Quliyev onlara səsləndi: “Sübut eləsəm, biabır olarsınız...”
Bizi izləyin

Magazin1

Ramiz Quliyev onlara səsləndi: “Sübut eləsəm, biabır olarsınız...”

Tiflisin mərkəzindəki Meydan bazarı adlanan ərazidə keçirilən Sayat Nova bayramına toplaşan ermənilər burada guya öz musiqi mədəniyyətlərini nümayiş etdiriblər. Tiflis erməniləri İrəvandan dəvət etdikləri Sayat Nova musiqi qrupunun ifasında kamança və tarın sədaları altında bu alətləri tiflislilərə və şəhərin qonaqlarına erməni mədəniyyətinin nümunələri kimi göstərməyə çalışıblar.

Publika.az-a açıqlama verən xalq artisti, ustad tarzən Ramiz Quliyev ermənilərin yenə xislətlərinə sadiq qaldıqlarını deyib: “Erməni həmişə xislətinə sadiq qalıb. Ondan-bundan oğurlayıb, özününkü kimi qələmə verib. Tarın, kamançanın əsrlərlə yaşı var. Sayat Nova nə vaxtdan kamança, tar ifa edən olub? Sayat Novanı aşıq kimi qələmə verirlər. O zamanında iki-üç simli alətdən istifadə edib, Azərbaycan musiqi alətlərinə baxıb nəsə öyrənməyə çalışıb.

Hələ 70-ci illərdə mən xalq artisti Yaşar Nuri ilə birgə Yerevana Sayat Nova Festivalına dəvət almışdım. Mən tar ifa edirdim, Yaşar Nuri də şeirlər söyləyirdi. On gün o festivalda iştirak etdik. Axırda festivalın birincisi biz olduq. Arxivi qaldırıb bunu ermənilərə sübut edərəm ki, o vaxt bizi siz özünüzü qalib etdiniz. Sübut etsəm, biabır olarsınız. Yaşar Nuri rəhmətə gedib, mən sağam. İndi orda-burda milil alətlərimizi yalandan adlarına çıxmaqla deyil e, həqiqət ortadadır”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm