Magazin1
Polad Bülbüloğlu Emin Ağalarovun “Jara” festivalında çıxış edəcək
“Jara” Bakı beynəlxalq musiqi layihəsi iştirakçılarının siyahısına Polad Bülbüoğlu ilə Vaxtanq Kikabidze də daxil olub.
Publika.az xəbər verir ki, iyulun 27-dən 30-dək “Sea Breeze” Bakı turizm kompleksində keçiriləcək beynəlxalq musiqi festivalının təşkilatçıları "Jara-2017"-nin rəsmi instaqram səhifəsində yeni faktları açıqlayıb. Məlum olub ki, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, eləcə də Gürcüstanın Xalq artisti Vaxtanq Kikabidze, Rusiyanın Xalq artisti Oleq Qazmanov, Olqa Buzova, Yulyana Karaulova və başqaları festivalda çıxış edəcək.
İyulun 27-də və 28-də festivalın aparıcıları Andrey Malaxovla Yana Çurikova olacaq. 29 və 30 iyul isə Yana Çurikova Maksim Qalkinlə aparıcılıq edəcək.
27 iyul tarixində, festivalın açılışında Vera Brejnevanın, Qriqori Lepsin, Aleksey Vorobyovun, Lobodanın, Ani Lorakın, Yolkanın, Eqor Kridin, Emin Ağalarovun, Potapla Nastya Kamenskinin və başqalarının iştirakı gözlənilir.
İyulun 28-də festival çərçivəsində Xalq artisti Sofiya Rotarunun yaradıcılıq gecəsi keçiriləcək. Yaradıcılıq gecəsində Timur Rodriqez, Loboda, Potap Потап və Nastya Kamenski, Ani Lorak, Valeri, Qriqori Leps, Emin Ağalarov, Nikolay Baskov, Qlükoza və digərləri çıxış edəcək.
Ertəsi gün, iyulun 29-də xalq artisti Alla Puqaçovanın yaradıcılıq gecəsi keçiriləcək. Gecədə Filip Kirkorov, Dima Bilan, Qriqori Leps, Valeri Meladze, Kristina Orbakayte, Loboda və başqaları mahnıları ilə qonaqları əyləndirəcək.
İyulun 30-da, festivalın bağlanışı Qriqori Lepsin yaradıcılığına həsr olunacaq. Orada Sergey Lazarev, Dima Bilan, Nikolay Baskov, Emin Ağalarov, Stas Pyexa, Soso Pavliaşvili, Maksim Fadayev, Aleksandr Marşal və bir çox başqaları öz hitlərini ifa edəcəklər.
“Jara” layihəsinin təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Lepsdir.
Aytən
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ































