Magazin1
Aybəniz Haşımova "Space"dəki söyüşdən və aparıcıdan GÖRÜN NƏLƏR DEDİ - VİDEO
Video əlavə edilib.
***
11:04
“Neçə ilərdir ki, Anarı şəxsən tanıyıram. Və ona dəyərli bir insan kimi böyük hörmətim var. Anar və eləcə də heç bir aparıcı canlı yayımda baş verəcək hadisələrə “qarant” ola bilməz".
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova “Space” kanalında yayımlanan "Hər səhər" verilişindən qovulan aparıcı Anar Vaqifoğlu haqqında yazıb. Sənətçi instaqram vasitəsilə kanalın rəhbəri Vaqif Mustafayevə müraciət edib. O, qeyd edib ki, “Hər səhər” verilişində Rüfət Axundov və Rəşad İlyasovun qeyri-etik ifası aparıcı Anar Vaqifoğlunun işdən çıxarılmasına səbəb olub:
"Mənim üçün Rəşad İlyasov və Rüfət Axundov çox əzizdirlər. Kaş ki, belə olmayaydı. Amma insan yıxılır, ölür və olacağa nə çarə... Allah da bağışlayanları sevir. Anarın günahsız yerə qurban getməsi məni çox incidir. Ona görə də dəyərli Vaqif Mustafayevdən xahiş edirəm ki, Anarın günahsız yerə qurban getməsinə imkan verməsin. Rəşad və Rüfətin dolanışıq yerləri var. Anar və orada çalışan rejissorun uşaqlarının ümid yeri yalnız Space TV və FM-dir”. Əməkdar artist belə deyib".
Qeyd edək ki, Rüfət efirdə fonoqramla xalq mahnısını oxuyarkən sözlərini dəyişərək qeyri-etik ifadələr işlədib. Səs rejissorunun mikrofonu bağlamağı unutması nəticəsində söyüş efirə gedib. Nəticədə aparıcı və verilişin texniki heyəti işdən uzaqlaşdırılıb, həmçinin Rüfət Axundova kanallarda qadağa qoyulub.
MTRŞ isə aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunması ilə bağlı protokol tərtib edib.
Video: Sevinc Xanqızı
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)

.jpg)
























.jpg)
.jpg)

