Magazin1
Elnarə efirdəki biabırçılıqdan DANIŞDI: “Tolik bilsəydi ki, onu gizlin çəkib...”
Məşhur müğənni Elnarə Xəlilova Rüfət Axundovla Rəşad İlyasovun “Space” kanalının “Hər səhər” verilişində nəlayiq ifadələr işlətməsinə münasibət bildirib.
Publika.az xəbər ki, müğənnilik fəaliyyəti ilə yanaşı radio və televiziya aparıcılığı ilə məşğul olan ifaçı həm aparıcılara, həm də sənət nümayəndələrinə dəstək olub. Onun sözlərinə görə, heç kəs efirdə baş verən gözlənilməz olaylardan sığortalanmayıb:
“Günlərdir düşünürdüm ki, yazım, ya yazmayım. Nəhayət qərar verdim ki, haqqı yazam. Doğrudur, bu elə məsələlərdəndir ki, desəm öldürəcəklər, deməsəm ölərəm. Amma ölmək ölməkdir, xırıldamaq nəyə lazım? Çox uzatmayacam. Əgər Rəşad İlyasov və Rüfət Axundov bilsəydilər ki, efirdə eşidilirlər, onlar söyüş söyərdimi? Tarix Əliyev bilsəydi ki, onu gizlin çəkib göstərəcəklər çəkilişdə söyüş söyərdimi? Xoşqədəm Baxşəliyeva bilsəydi ki, onun efirə getməyən kadrlarını sonra yayacaqlar elə danışardımı? Mənim də başıma gəlib. Aparıcı Zaur və Günay da şahiddir. Efirdə olduğumu bilmirdim. Və efirə heç vaxt deməyəcəyim sözləri dedim. Demək ki, bundan heç kim heç vaxt sığortalanmayıb.
Yazıq “Yanar saat” verilişinin isə ümumiyyətlə heç bir günahı yoxdur. Qonaq efirdə qızdırmalı da ola bilər. Sayaqlaya da bilər. Mənim efirimdə Məleykə Əsədova qızdırmalı olduğu kimi. Aparıcının canlı efirdə yaranmış vəziyyəti toparlamağa yalnız cəhdi ola bilər - günahı isə heç zaman! Adlarını sadaladığım insanlar! Gün birlik göstərmək günüdür! Sizi işarələməkdə məqsədim səsimə səs verməyinizdir! Mən sizi birlik və həmrəylik göstərməyə çağırıram. Ümid edirəm səhv anlaşılmayacam. Allah hamımıza kömək olsun!”
Xatırladaq ki, 2013-cü ildə M.Əsədova Elnarə Xəlilovanın verilişində qonaq olarkən aparıcının “necəsiz” sualına “Çox xoşbəxtəm, bu gün hər yerdə bayramdır, hamı bayramı qeyd edir. Hər yerdə konsertdir, bu gözəldir” deyə cavab vermişdi. E.Xəlilovanın “Bu gün Şuşanın işğalı günüdür” sözlərindən sonra Xalq artisti çaşbaş qalaraq qızdırmalı olduğunu əsas gətirmişdi.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)

.jpg)
























.jpg)
.jpg)

