Magazin1
Azərbaycanlı rejissor dünyaya səs salan LAYİHƏYƏ İMZA ATDI – İNANILMAZ KADRLAR
Azərbaycanlı rejissor, ssenarist və operator Rec Rəvan “Aporia: Kiyamet deneyi” adlı filmi ilə dünyaya səs salmağa iddialıdır.
Publika.az xəbər verir ki, qorxu və döyüş janrında çəkilən ekran işi Azərbaycan, Türkiyə və Amerikanın ortaq istehsalıdır. Ssenarisini yazdığı və rejissorluğunu Rec Rəvanın etdiyi filmdə baş rolları Aysel Yusubova, Pərviz İsmayılov, Mübariz Səmədov, Rahim Qocayev, Lalə Məmməd, Taleh Urfansoy və başqaları ifa edib. Layihə 12 iyuldan etibarən Türkiyə kinoteatrlarında nümayiş olunacaq. Azərbaycana gəlməsi isə oktyabr-noyabr aylarına nəzərdə tutulur. Filmin hətta "Netflix" və "Amazon"da yayımlanması haqqında danışıqlar gedir.
Treylərin dünən yutub kanalında təqdim olunmasına baxmayaraq, film indidən sosial şəbəkələrdə böyük diqqət çəkib. Ekran işi qəsəbə sakinlərinin kimliyi bəlli olmayan bir qrup silahlı tərəfindən əsir alınaraq dəhşətli inşəngəcələrə məruz qalmasından və öldürülməsindən bəhs edir. Silahlı təşkilat insanlar üzərində müxtəlif sınaqlar keçirməyə başlayır, lakin gözlənilməz hadisələr sınaqların uğursuzluqla başa çatmasına səbəb olur. Odur ki, üzərində uğursuz təcrübələr aparılmış insanlar qəsəbədən uzaq bir dağın başına aparılıb güllələnir. Əsas hadisələr də bundan başlayır...
-
Hadisə21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
-
Avropa20:24Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO
-
MDB15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq
-
Elm və təhsil14:21Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
-
Sosial14:12Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar
-
Region13:18Paşinyan “Ukrayna dırmığı”nda dayanır – Moskvadan İrəvana növbəti xəbərdarlıq
-
Nida Xəbər 12:27Əli Əsədov onu vəzifədən azad etdi
-
Dünya12:12AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq






.jpg)






.jpg)











.jpg)


.jpg)




.png)




