Magazin1
Azərbaycanda hələ belə layihə olmayıb - Müəllif DANIŞDI/VİDEO
Müğənni Fuad Musayev Azərbaycanda bu günə qədər heç kəsin həyata keçirmədiyi işə imza atıb. Sənətçi sözləri və musiqisi Faiq Erola aid olan “Sevgilim yaşa” adlı mahnısına olduqca yaradıcı klip çəkdirib.
Müğənni Publika.az-a verdiyi açıqlamada bildirib ki, layihənin ideya müəllifi özü və Fərid Rzayevdir:
“Keyfiyyətə üstünlük verən adamlarıq. Hansısa bir işi görəndə fərqli olmasına çalışırıq. Məşhur flimlərin yaddaqalan kadrlarını bu klipdə toplamaq istədik. Hamımız bu filmlərlə böyümüşük. Onlar uşaqlığımızın nostalgiyasıdır. Ona görə qərar verdik ki, məzəli mahnıya məzəli süjetler verək. Həm sovet, həm də xarici kinematoqrafiyanın hitlərini təkrarlamışıq. Bütün obrazlarda özüm oynamışam. Çətin olsa da, uşaqlıqdan arzum olub ki, aktyor olum. Aktyor təhsili almasam da, baxanlar bəyənib. Azərbaycanda bu istiqamətdə klip çəkilməyib. Tamaşaçılar da deyir ki, çox məzəli alınıb, insanın ovqatını yüksəldir. Tərəf müqabilim model Aleksandra ifa edib. Hər bir obraza girmək üçün qrim və kostyumlara bir saatdan çox vaxt sərf olunurdu. Rəssam işini Şahin Həsənli yerinə yetirib, onun sayəsində klip daha baxımlı oldu. Klipin rejissorluğunu Seymur Seyidbəyli həyata keçirib, eyni zamanda operatorluğunu özü edib, qrim üzərində Adelia çalışıb”.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)

.jpg)
























.jpg)
.jpg)

