Magazin1
Vüsalə Əlizadə “Maşın şou” haqqında nələr yazdı: “Bir qadını kişi olanlar birləşib təkləməz!”
Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın şou”nun 18-ci sürətinin ikinci günündə Fuad Musayev SMS səsverməsinə çıxarılıb. O, 16,92 faiz səslə şounu tərk edib.
Publika.az xəbər verir ki, hədəfini gizlətməyən müğənni Fuad Musayev oyundan Ayan Babakişiyevanı uzaqlaşdırmaq istəyib. Məlum olub ki, Fuad Musayev Ayanı çıxarmaqla ondan intiqam almaq istəyib. Prodüser Tarix Əliyev bu barədə instaqramda paylaşım edərək “Fuad bilirsiz niyə Ayanı çıxarmaq istəyir? Dəqiq deyirəm: Fuad Musayev Füzuli Musayevin dostudur, həm də qohumudur”, - deyə qeyd edib.
Ayan Babakişiyevanın yaxın rəfiqəsi olan aparıcı Vüsalə Əlizadə ona dəstək çıxıb. Sosial şəbəkədə Ayanın şəklini paylaşaraq, aparıcı hər kəsdən dəstək istəyib:
"Bu oyundur təbii, amma oyun bitəndən sonra belə özümüzlə gəzdirəcəyimiz bir qürur, bir şərəfə cavabdehik! Bir qadını kişi olanlar birləşib təkləməz! Ayıb olsun".
Qeyd edək ki, Ayan Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Karate üzrə dünya çempionu Füzuli Musayevlə ailəli olub. Cütlük illər əvvəl ayrılıb. Onların Selena adlı qız övladı var.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)

.jpg)
























.jpg)
.jpg)

