Magazin1
Ruhi Əliyeva Türkiyədə film çəkdirdi - FOTO
“Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris Yapım”ın ərsəyə gətirdiyi “Ağır romantik” filminin təqdimat tarixi bəlli olub.
Publika.az xəbər verir ki, türkiyəli aktyorların rol aldığı “Ağır romantik” 28 fevral 2020-ci ildə izləyicilərə təqdim olunacaq. Ekran işi ilk olaraq İstanbulda təşkil olunacaq. Daha sonra “Ağır romantik”in Azərbaycanda böyük təqdimatı planlaşdırılır.
Filmin məzmunu:
Aslı (Tuvana Türkay) incəsənət həvəskarı ananın (Servet Pandur) və professor atanın (Gazanfer Ündüz) konservatoriyada oxuyan gənc qızıdır. Bir gün Beyoğlunda gəzərkən bir adamın hücumuna məruz qalır və çantası oğurlanır. Qorxu və vahimə içərisində olan Aslıya gələcək həyatında böyük sevgisi olacaq Kərəm (Onur Tuna) kömək edir və çantasını tapıb Aslıya verir.
Bu təsadüfi görüşdən sonra Aslı və Kərəm görüşməyə başlayır və evliliyə gedən romantik münasibətlərə başlayırlar. Kərəm Aslının adət etmədiyi bir dünyadan gəlsə də, özünü böyük şirkətlərə məsləhət verən maliyyə mütəxəssisi kimi təqdim edir. Kərəmin atası (Altan Erkekli) İstanbulun ən böyük oğru dəstəsinə rəhbərlik edir. Aslının dayısı isə Təhlükəsizlik Müdiridir (Sermiyan Midyat) və məqsədi bu qarətçi dəstəni çökdürməkdir. Aslı və Kərəmin xoşbəxt günləri, heç vaxt sonunu unutmayacaqları bir günə çevrilir.
Qeyd edək ki, Onur Tuna hazırda Türkiyənin reytinqli serialı olan "Mucize doktor"da rol alır.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ










.jpg)










.jpg)















