Magazin1
Dünyaya çıxan yerli filmin Bakıda qalası keçirildi - FOTO/VİDEO
Dünən Azərbaycanda “Aporia” filminin təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, qala gecəsində filmin yaradıcı heyəti, Oksana Rəsulova, Şəhriyar Əbilov, Çingiz Mustafayev və başqaları iştirak edib.
Qorxu və döyüş janrında çəkilən ekran işi Azərbaycan, Türkiyə və Amerikanın ortaq istehsalıdır. Ssenarisini yazdığı və rejissorluğunu Rec Rəvanın etdiyi filmdə baş rolları Aysel Yusubova, Pərviz İsmayılov, Mübariz Səmədov, Rahim Qocayev, Lalə Məmməd, Taleh Urfansoy və başqaları ifa edib. Rejissor Rec Rəvan təəssüratları bölüşərkən bildirib ki, "Aporia" artıq "Amazon" da yayımlanmağa başlayıb:
"Bu əlbətdəki mən və komandam üçün, Azərbaycan üçün çox böyük bir uğurdur. Azərbaycandan çıxan ilk filmdir ki, "Amazon" platformasından dünyaya yayımlanır. Başda “Sultansoy”, “BDAmerika”, “Canmedia”, “DFGS” şirkətləri olmaqla, filmdə əziyyət çəkən hər kəsi təbrik edirəm. Və bu böyük uğurumuzu sizinlə paylaşıram. Film ilk dəfə olaraq, Azərbaycanda həm azərbaycanca, həm türkcə, həm də ingiliscə yayımlanacaq".
Noyabrın 22-dən etibarən film Azərbaycanda “Park cinema” kinoteatrlar şəbəkəsində, eyni zamanda Amerikada nümayiş etdiriləcək.
Qeyd edək ki, filmin treyləri yutub kanalında təqdim olunan gündən bəri sosial şəbəkələrdə böyük diqqət çəkib. Ekran işi qəsəbə sakinlərinin kimliyi bəlli olmayan bir qrup silahlı tərəfindən əsir alınaraq dəhşətli inşəngəcələrə məruz qalmasından və öldürülməsindən bəhs edir. Silahlı təşkilat insanlar üzərində müxtəlif sınaqlar keçirməyə başlayır, lakin gözlənilməz hadisələr sınaqların uğursuzluqla başa çatmasına səbəb olur. Odur ki, üzərində uğursuz təcrübələr aparılmış insanlar qəsəbədən uzaq bir dağın başına aparılıb güllələnir. Əsas hadisələr də bundan başlayır...
-
Sosial21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin220:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"








.jpg)
















.jpg)









.jpg)
