Magazin1
Rafael İsgəndərovdan maraqlı açıqlama: “Gözəl qadınları oynaya bilmirəm”
“İki musiqiçi puldan ötrü vəziyyətdən istifadə edib, qadın toylarında çıxış etməyə başlayır. Təbii ki, qrimdə və kostyumda. Çörək pulu qazanmağa çalışırlar və müxtəlif komedik situasiyalara düşürlər”.
Bu sözləri aktyor Rafael İsgəndərov premyerası dünən keçirilən “Şabaş” filmində canlandırdığı obrazı haqqında Publika.az-a danışarkən deyib.
Tərəf müqabili ilə müqayisədə qadın rollarına daha az müraciət edən ulduz bildirib ki, gözəl xanımları oynaya bilmir:
“Coşqun da, mən də konsertlərdə qadın rollarına giririk. Onun payına daha çox qadın obrazları düşür. Lakin bütün konsertlərdə mütləq ki, mən də qadın rollarını oynayıram. Məsələ ondadır ki, gözəl qadınları oynaya bilmirəm. Bu qaş-gözlə bəxtimə kifir qadınları oynamaq düşür”.
Aktyor daha sonra dram filmində rol almaq arzusunu dilə gətirib:
“Əgər dövlət səviyyəsində bir layihə olarsa, fikirləşmək olar, niyə də yox. Vaxtilə Gənc Tamaşaçılar Teatrında dram rollarını çox oynamışıq. “Qrinviç meridianından kənarda” adlı qısametrajlı layihədə dram rolunda çəkilmişəm, lakin tammetrajlı film olmayıb. Teatra qayıtmaq haqqında nə mən, nə də Coşqun hələ fikirləşmirik. Teatra qayıtmaq o halda mümkün olar ki, öz truppamızı yaradaq. Bu barədə “Bu şəhərdə” komandasının inşallah 20 illiyi tamam olandan sonra düşünəcəyik”.
Oğlu Fuad İsgəndərovdan danışan aktyor bildirib ki, onun birinci tənqidçisi özüdür.
“Oğlum deməyim, Fuad İsgəndərov 3 yaşından “Bu şəhərdə”də oynayıb, 7 yaşında “Moskva-Bakı qatarı”nda çəkilib. “Şabaş” filmi isə Fuadın “Bu şəhərdə” ilə üçüncü işidir. 8-9 yaşında o, AZTV-də “Ulduz falı” uşaq verilişinin aparıcısı olub. Yəni uşaqlıqdan marağı olub. Birinci tənqidçisi özüməm, mütləq şəkildə qayçılayıb doğrayıram”.
Sənətçinin “Sizcə, oğlunuz öz istedadı ilə atasını kölgədə qoya biləcək” sualına cavabı belə olub:
“Hər şey ola bilər, əksinə sevinərəm. Məqsəd, amalım odur ki, cəmiyyətə normal övlad yetişdirim. Çox istərdim ki, əli çörəyə çatsın. Məni sənətdə ötsə daha yaxşı, indi mən ona baxıram, sonra o, mənə baxar”.
Aytən Məftun
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)

.jpg)
























.jpg)
.jpg)

