Magazin1
Ruhi Əliyevanın bu filmi Türkiyədə gündəm oldu - FOTO/VİDEO
Ruhi Əliyevanın təşəbbüsü ilə Türkiyədə "Liatris Yapım" şirkətinin ərsəyə gətirdiyi və məşhur aktyor Onur Tuna ilə aktrisa Tuvana Türkayın rol aldığı "Ağır Romantik" filmi növbəti dəfə qardaş ölkənin mediasında gündəm olub.
Publika.az xəbər verir ki, bundan öncə İstanbulun mərkəzi küçələrindən birində filmin baş qəhrəmanı olan Onur Tunanın silahla atəş açmaq səhnəsindən yazan Türkiyə mediası bu dəfə ekran işində yer alan evlilik təklifi haqda məqalələr yayımlayıb.
Məlumat üçün bildirək ki, "Ağır Romantik" Almaniya, Niderland, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya və Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqro və Kosovoda 13 fevral, Türkiyənin bütün şəhərlərində 14 fevral - Sevgililər günündə, Azərbaycanda isə 5 mart tarixində "CinemaPlus" kinoteatrlar şəbəkəsində yayımlanacaq.
Filmin qala gecəsinin tarixləri də məlum olub. Belə ki, ekran işinin təqdimatı fevralın 12-si İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, "Ağır Romantik"də Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi məşhur simalar da rol alıb.
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 27 Noyabr 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
















.jpg)




















