Magazin1
Ruhi Əliyeva Türkiyəni SİLKƏLƏDİ - "Ağır romantik"də İNANILMAZ İZDİHAM/FOTO
Dünən İstanbulda tanınmış işgüzar xanım Ruhi Əliyevanın təşəbbüsü ilə "Liatris Yapım"ın ərsəyə gətirdiyi "Ağır Romantik" filminin qala gecəsi baş tutub.
Publika.az xəbər verir ki, "Torun Center"də baş tutan təqdimat mərasimi böyük marağa səbəb olub. Anşlaqla keçən gecədə film eyni anda 5 zalda yayımlanıb.
Gecəyə "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva, filmin baş qəhrəmanları Onur Tuna, Tuvana Türkay, ekran işində rol alan Altan Erkekli, Servet Pandur, Durul Bazan və başqaları qatılıb. Aparıcı Nanə Ağamalıyeva və top stilist Anar Ağakişiyev də qala gecədə iştirak edənlər sırasında olub.
Qala gecəsi Türkiyə mediasının da diqqətində olub. Belə ki, tədbir "Kanal D", "Uçan kuş", NTV, TV8 kimi məşhur sayt və telekanallar tərəfindən işıqlandırılıb.
"Ağır Romantik"in təşəbbüskarı Ruhi Əliyeva ekran işi ilə bağlı açıqlama verərkən filmi maraqla izlədiyini vurğulayıb:
"Bu işə çox əziyyət çəkilib. Doğrusu, film sektoruna girməzdən öncə bu qədər zəhmət tələb olunacağını gözləmirdim. Amma insan zəhmət çəkdiyi işin gözəl nəticəsini görəndə və həmin iş alqışla qarşılananda çəkilən əziyyət unudulur. Düşünürsən ki, bütün bunlara dəyərmiş. Ümid edirəm, bu işimiz hər kəs tərəfindən çox seviləcək. "Ağır romantik" sevgi filmidir. Ona görə də düşünürəm ki, film onu izləyən hər kəsin ürəyincə olacaq. Çünki, insanların qəlbi eşqlə doludur".
R.Əliyeva aktyor seçimini də özünün etdiyini bildirib: "Bir neçə aktyor və aktrisalar təklif olunmuşdu. Amma favoritlərimin kimlər olduğunu görürsünüz. Məmnunam ki, düzgün seçim etmişəm".
İşgüzar xanım çıxışında film sektorunda Azərbaycanla bağlı belə böyük bir layihə gerçəkləşdirmək istədiyini xüsusi vurğulayıb: “Hər zaman Azərbaycan adına uğurlu layihələr etməyə çalışıram. Allah müvəffəqiyyətli işlərimizi bol eləsin, hər zaman müxtəlif sahələrdə ölkəmizi layiqincə təmsil edə bilək. Film sektorunda Azərbaycanla bağlı belə bir böyük layihə həyata keçirməyi də düşünürəm. Bu, mənim ən böyük arzularımdan biridir”.
Daha sonra media qarşısına aktyor Onur Tuna çıxıb. O, obrazı və film haqda açıqlama verərək bunları deyib: "Neçənci filmdə baş rol oynamağım önəmli deyil. Əsas olan obraz və ssenarinin düzgün olması, gözəl heyətlə çalışmaq və əylənməkdir. "Ağır Romantik"də məni cəlb edən ilk məqam bir filmdə iki fərqli obrazı canlandırmaq oldu. Ən düzgün seçimi izləyici edəcək".
O.Tuna Kerem obrazı ilə heç bir oxşarlığının olmadığını da deyib.
"Ağır Romantik"də Aslı obrazına həyat verən aktrisa Tuvana Türkay da həmkarı Onur Tunanın fikrini təkrarlayıb. Türkay Tunadan çox filmdə çəkilməsinə baxmayaraq, budəfəki obrazının onunla heç bir ortaq nöqtəsinin olmadığını etiraf edib: "Bəlkə də bizi birləşdirən musiqiyə olan sevgimizdir. Çünki Tuvana heç vaxt "Aslı"nın vəziyyətinə düşməz. Sadəcə, onu deyə bilərəm ki, ssenari elə yazılıb ki, orada baş verənləri qəbul etmək olar. Nəticədə filmdəki Kerem bütün addımları sevgisi üçün atır".
T.Türkay filmdə ona edilən sürprizlərlə real həyatda da qarşılaşdığını etiraf edib:"Tez-tez olmasa da, sürprizlər edilib. Bu, sevgi kiçik, amma gözəl və isti əməllərdir".
Aktrisa çəkiliş zamanı üzləşdiyi çətinlikləri də açıqlayıb: "Etiraf edirəm ki, İstiqlal caddəsində çantamın oğurlanması səhnəsi mənim üçün çətin oldu. Çünki ətrafdakı turistlər bunun real həyatda yaşandığını düşündülər. Nə qədər arxaya çevrilib rol üçün edirik desəm də, inanmırdılar".
Film nümayişinin sonunda zalda əyləşən hər kəs ekran işini ayaq üstə alqışlayıb. Həm aktyor heyəti, həm də gecənin qonaqları Ruhi Əliyevanı uğurlu işinə görə təbrik edib.
Tuvana Türkay isə "Ağır Romantik"də səsləndirdiyi mahnını təqdimat zamanı canlı ifa edib.
Məlumat üçün bildirək ki, “Ağır Romantik” Almaniya, Niderland, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya- Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqro və Kosovoda 13 fevral, Türkiyənin bütün şəhərlərində 14 fevral - Sevgililər günündə, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.
Filmin Bakıdakı qala gecəsi martın 7-si aktyorların iştirakı ilə keçiriləcək.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO