Magazin1
Amerikada yaşayan azərbaycanlı məşhurdan SENSASİON SÖZLƏR: “Bilinmir 1 ay sonra...”
“Bu günlərdə yaşadıqlarımız və yaxın günlərdə hələ bəlli olmayan yaşaycaqlırımız heç vaxt ağlıma gəlməzdi. Nyu-Yorkda bugündən koronavirusla bağlı bütün ictimai yerlərin (kafe-restoran və mağazalar daxil) hamısını bağlayıb 1 aylıq karantin elan etdilər. Hələ bilinmir 1 ay sonra hər şey əvvəlki kimi olacaq, ya yox...”
Publika.az xəbər verir ki, bu sözləri Amerikada yaşayan həyat yoldaşı Firuz Soliyevin yanına köçən azərbaycanlı məşhur Günel Hümbətova instaqramda yazıb.
Eks-aparıcı Nyu-Yorkdakı vəziyyəti belə təsvir edib: “Qorxu filmlərində gördüyünüz Nyu-Yorku gerçəkdə yaşayırıq! Əslində karantin elan olunması düzgün qərardır. Bununla daha az insan yoluxacaq. Bu günün statistikasına görə, Amerikada 4000-ə yaxın, Nyu-York ştatında 800-ə yaxın, NYC-də ( Manhattan) isə 300-dən çox yoluxma halı qeydə alınıb. Və hələ test olunmayan milyonlarla insan var! Düz 1 həftə əvvəl vəziyyət tamam fərqli idi. Nyu-Yorkda da ilk yoluxma halı ilə bağlı ayın 5-i saytlarda oxudum və həmin gündən Josini bağçaya buraxmadım... Hamı bazarlığını edib, evinə çəkilib gözləyir. Siz də maksimum ehtiyatlı olun! Çoxunuz inanmırsız, çoxunuza zarafat kimi gəlir, amma bu, gerçəkdir və əgər özünüzü evə qapatmasanız, yoluxanların sayı orada da artacaq! İtaliyanı dərs götürün özünüzə. Öz gəncliyinizə və sağlamlığınıza güvənə bilərsiniz, amma unutmayın ki, özünüz də bilmədən daşıyıcı olub yaşlı insanların və əlavə xəstəlikləri olanların ölümünə səbəb ola bilərsiniz. Və bu bəladan qurtula bilməyimiz üçün dua edin”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)
















.jpg)
.jpg)





