Magazin1
Amerikada yaşayan Günel Hümbətovadan RADİKAL QƏRAR: “Milyonlarla insanın işsiz qalması...”
“Karantinden sonra qarderobumuzda və fəşn sənayesində sözsüz ki, dəyişiklik olacaq. Mən öz payıma deyim ki, daha sadə və gündəlik pratik geyimlərə üstünlük verəcəm. Həm daha qənaətli olmaq adına, həm də getdikcə daha minimal tərzdə geyinmək istədiyimdən”.
Publika.az xəbər verir ki, bu sözləri Amarikada yaşayan tanınmış bloger və eks-aparıcı Günel Hümbətova instaqramda yazıb.
O, bildirib ki, minimalist tərzdə geyinməyə qərar verib: “Geyimlərimi ildə 2 dəfə sartirovka edib, qarderobumu 30-40% boşaldıram (donation edirəm). Bu dəfə isə daha çox hissəsini boşaltmaq və sırf baza əşyaları və trenddə hələ uzun illər qalacaq geyimləri saxlamaq fikrindəyəm. Son illər gənclər arasında minimalist tərz çox yayılıb. İstər interyerdə, istərsə də geyimlərdə. Pandemiya isə daha da təkan verəcək. İnsanlar daha boş yerə nəyə gəldi pul xərcləməməyə çalışacaqlar. Geyim sənayesində köklü dəyişikliklər olacaq. Bu həm də milyonlarla insanın işsiz qalması ilə bağlıdır ( istehlakçı kütlə xeyli azalacaq). Həm bir çox markalar müflis oldu və olacaq. Həm də insanların dəyərləri məncə dəyişəcək. Bildiyiniz kimi dəbə marağım var. Amma bilirsiniz ki, gün-gündən artmaqda olan geyim leybelləri, bu qədər istehsalat, fabriklərin sayının gün-gündən artması və dayanmadan daha çox istehsal etməsi ekologiyanı son 10 ildə heç vaxt olmadığı dərəcədə korlayıb. Bu haqda çoxlu araşdırmalar, filmlər var. Bir neçə il öncə “Netflix”də “ True Cost” adlı sənədli film izləmişdim. İzlədikdən sonra mənə və alış-veriş alışqanlığıma xeyli təsiri oldu. İndi isə tamamilə minimuma endirmək istəyirəm bu məsələləri.
Ümumiyyətlə, çalışın hər bir əşyanı almazdan öncə özünüzə sual verəsiniz- bu mənə doğurdan da lazımdırmı? Qarderobumda bu geyimə bənzər geyim varmı? ( əksər hallarda dolu olur). Bir də, hər gün yeni-yeni geyindiyiniz fərqli geyimlər sizi gözəl göstərməz. Sizi gözəl göstərən tərziniz, özgüvəniniz, xarizmanız və duruşunuzdur. Baza geyimlərə üstünlük verin və bu çətin günlərdə pula qənaət etməyə çalışın. Siz necə, qarderobunuzda dəyişiklik edəcəksiz ? Yoxsa, əvvəlki tək alış-verişə davam?”
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)
















.jpg)
.jpg)





