Magazin1
Nura Suri: “Anam ağlayıb deyir ki, ilk döyüşə gedəndə...”
Anam ağlayıb deyir ki, ilk döyüşə gedəndə Bakıda Pirəkəşkül hərbi hissəsində silahdan istifadə etməyi, atmağı öyrədib Qubadlı rayonunun Muradxanlı kəndinə göndərdilər. Orada məktəb binasında yerləşdik. Yeni çatmışdıq ki, Laçının Səfyan kəndindən 4 yaralı gətirdilər, onlara ilkin tibbi yardım göstərib Qubadlı xəstəxanasına apardım. Oradakı həkimlər göstərdiyim ilkin yardıma görə təşəkkür etdilər və əsgərlərin həyatını xilas etmiş olduq. Elə həmin gündən hərbçilər, əsgərlər adıma “həkim” deyirdilər.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri Qarabağ Müharibəsi veteranı olan anası haqqında danışarkən deyib.
Müğənni sözlərinə belə davam edib: “Ertəsi gün Səfyanda yaralılar çox olduğuna görə komandir əmr verib, məni o kəndə göndərdi. Mənimlə Bənövşə adlı laçınlı bir gənc qız da kömək etməyə gəldi. Yolda bizi aparan maşın xarab oldu və yolu ayaqla gedəsi olduq. Hava yağmurlu idi, ayağımız sürüşürdü, ora yıxıla-yıxala gedirdik. Səfyanda kiçik çadırlarda qalırdıq. Yaralılara ilk yardım göstəribəndən sonra Qubadlı xəstəxanasına aparırdım və əməliyyatda da həkimlərə yardım edirdim.
.jpg)
İndi həmin yerlər alınıb oraları görməmiş bu dünyadan getmək istəmirəm...
Bir müddətdən sonra isə Murovdan Kəlbəcər tərəfə, oradan da Laçının şimal tərəfindəki kəndlərini ala-ala Əriklidən başlayaraq Tiqiq kəndinə qədər döyüşə-döyüşə getdik. Laçına 3 km qalana qədər getdik, amma çox təəssüf ki, biz o vaxt başsız idik. İndi Prezident danışanda onu bağrıma basmaq istəyirəm. Sevincimin həddi-hüdudu yoxdur”.
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı















.jpg)




















