Magazin1
Məşhur aktyor şok vəziyyətində: “Aşağı ətraflarının 90 faizi yanıb”
Vəziyyəti ağır olaraq qalır, hər iki qolu və aşağı ətrafları demək olar ki, 85-90 faiz yanıb. 3 gün ərzində şok vəziyyətindən çıxmalıdır, sonra 2 həftə ərzində bədəni zəhərlənmədən təmizlənəcək. Bu müddətdən sonra səhhəti ilə bağlı həkim məlumat verəcək. Hazırda reanimasiya şöbəsindədir.
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnur Kərimov bir neçə gün əvvəl yaşadığı mənzildə baş verən partlayış nəticəsində xəsarət alan aktyor Cavid Telmanın səhhəti haqqında danışarkən deyib. E.Kərimov açıqlamasında bildirib ki, aktyorun sənət dostları mütəmadi olaraq xəstəxana ilə əlaqə saxlayır:
“Cavidin qardaşı Fuadla əlaqə saxlayıb səhhəti ilə maraqlanırıq. “Ata ocağı”, “Baldız” serialının əməkdaşları, Xalq artisti Şamil Süleymanlı onu ziyarət edib. “Ata ocağı” serialının quruluşçu rejissoru Rüfət Şahbazov və prodüser Amiran Babayev Cavidi diqqətdə saxlayırlar. Hadisə baş verən andan etibarən demək olar ki, bütün aktyorlarımız zəng edib həm maddi, həm də mənəvi dəstək olmağa hazır olduqlarını bildirib”.
Əməkdar artist qeyd edib ki, Cavid Telman iki uşaq atasıdır. Hadisə nəticəsində yalnız özü xəsarət alıb, ailə üzvlərinin vəziyyəti yaxşıdır.
“Dua edək ki, Cavid tez bir zamanda sağlamlığına qovuşsun və yenə də öz tamaşaçılarını yeni obrazları ilə sevindirməyə davam etsin. Xəstəxanada çalışan bütün həkim heyətinə də dərin təşəkkürümü bildirirəm”.
Aytən Məftun
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi










.jpg)
.png)









.jpg)



















