Magazin1
Şaman olmağa qərar verən Lalə Məmmədovanın 8 Mart hədiyyəsi - VİDEO
Əməkdar artist Lalə Məmmədova “Dağlar duman olmadan” adlı yeni klipini təqdim edib.
Publika.az xəbər verir ki, sözləri Rüstəm Behrudiyə, musiqisi İsmayıl Məmmədova məxsus mahnını Delee ləqəbli rejisssor Cavid Oruclu ekranlaşdırıb.
Gizli simvollarla dolu olan, bir qədər də mistik təsir buraxan klip fədakar qadının ümidsiz sevgi hakəyəsindən danışır. Ulduzun yeni klipi xarakterinə görə əvvəlki layihələrdən tamamilə fərqləndiyi demək yerinə düşər. Əsas ideyası şamanizm elementləri üzərində qurulan yeni işində də artist tamaşaçıların qarşısına elə şaman simasında çıxmağa qərar verib. Məsələn, klip boyu şamanların əsas atributlarından biri sayılan qavalı tez-tez müğənninin əlində görürük. Məsələ ondadır ki, qaval Şaman üçün fiziki reallığı ruhi reallıqla əvəz edən alətdir. Müğənni qavalı şamanlara xas əda ilə əlinə alaraq öz ruhi aləminə qapılıb virtual dünyasına səyahətə çıxır. Klipin əsas qəhrəmanı qavalın ifasında olan ritmik çalarların və ölçülərin vəziyyətinə əsaslanaraq ondan gedəcəyi xəyali dünyasına nəqliyyat vasitəsi kimi istifadə edir və inanır ki, bu yol onu sevdiyi adama aparacaq. Nəticədə olduqca mifik bir klip alınıb.
Ümumiyyətlə klip bir çox cəhətdən orijinaldır. Ekran işində alov və at səhnələri də təsadüfi deyil. Alov burada gözü yolda qalan qadının narahatlıq və qəlb yanğısını təsvir edir. Rəmzi mənası murad olduğu deyilən at isə burada müdriklik, nəciblik, və işıqlı gələcəyi simvolizə edir.
Ulduzun obrazı üzərində stilist Elnur Həsənov çalışıb.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)

.jpg)
























.jpg)
.jpg)

