Magazin1
Məşhurların Uşaqlar Gününə özəl PAYLAŞIMLARI - FOTO
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Publika.az xəbər verir ki, bu münasibətlə tanınmış sənət adamları, aktyor və müğənnilər İnstaqramda təbrik paylaşımları edib.
Xalq artisti Fərqanə Qasımova övladlarının fotolarını paylaşıb və “Allah bütün balaları qorusun! Bütün uşaqların bayramını təbrik edirəm. Heç bir uşaq valideynsiz, ac-susuz qalmasın! Amin!” sözlərini qeyd edib.
Aktrisa Sevinc Əliyeva övladları ilə fotolarına “Nəfəsləri ilə nəfəs aldıqlarım” sözlərini qeyd edib.
Əməkdar artist Vasif Məhərrəmli bütün uşaqları bu gün münasibətilə təbrik edib və “Allahım heç bir valideyni övladı ilə sınağa çəkməsin” sözlərini yazıb.
Oğlunu mediadan gizlədən xoreoqraf, aktrisa Oksana Rəsulova isə bu gün qaydanı pozmaq qərarına gəlib: “Allah hər bir qadına ana olmağı nəsib etsin, hər bir övlada da ana. Uşaqlar həyatımızın önəmli bir parçasıdır, onları sevmək, bəsləmək lazımdır, amma qədərində! Allah bütün balaları saxlasın!”
Aparıcı İlkin Həsəni qızının timsalında dünyanın bütün uşaqlarını xoşbəxt görmək istədiyini dilə gətirib: “Alisa xanım Həsəni bütün balaları ürəkdən təbrik edir”.
Xalq artisti Səkinə İsmayılova nəvələri ilə fotolarını paylaşaraq bütün uşaqlara sağlam və xoşbəxt ömür yaşamağı arzu edib.
Müğənni Ayan Babakişiyeva isə qızı ilə fotosessiyasını yayıb: “Əziz balam Selenanın simasında bütün dünyadakı körpələri, uşaqları Tanrı qorusun. Siz bu günümüz, gələcəyimizsiniz. Səninlə nəfəs alıram, gözəl balam. Bütün çabalarımız sənin üçündür. Uşaqları qoruyaq, onlara zaman ayıraq, onlarla uşaq kimi olaq, düzgün-doğru, vicdanlı insan olmağı aşılayaq onlara ki, gələcəkdə ünsiyyətdə olduqları dostlarına və çevrələrinə zərər verməsinlər”.
Xalq artisti Faiq Ağayev atası ilə uşaqlıq fotosunu paylaşaraq xatirələrini yada salıb: “Uşaqlıq - qayğısızlıq dövrü, ömrün ən xoşbəxt zamanıdır. Balalarımız atalı-analı, sağlam və bəxtiyar yaşasın! 2 yaşlı mən və Atam”.
Anasının qucağında çəkilən kadrı paylaşan aktyor Kamran Ağabalayev isə içindəki uşaq məsumluğunu qoruyub saxlamağa çalışdığını dilə gətirib: “Mən hələ də bu uşağam, dəyişməyi də düşünmürəm!”
Oğlu Zeynlə əyləncəli kadrları üzə çıxaran müğənni Zamiq Hüseynov bu dünyada uşaq təbəssümündən qiymətli nəsə olmadığını qeyd edib: “Hər şey gözəl olacaq, yetər ki, uşaqlar gülsün”.
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya3 Avqust 18:20İlin son Günəş tutulması baş verəcək









.jpg)















.jpg)
.jpg)






