Magazin1
Nicat Rəhimov fərqli obrazda
Nicat Rəhimov kriminal-komediya janrında olan yeni filmdə baş rola çəkilib. Aktyorun obrazı bu dəfə digərlərindən fərqli olaraq, ciddi xarakterə malik olacaq.
Publika.az xəbər verir ki, layihə 2021-ci ilin may ayından start götürüb. Çəkilişləri 3 gün davam edən yeni filmin adı "Faberje"dir.
Nicat Rəhimovun canlandırdığı obraz Rəhim adlanır.
Şübhəsiz ki, aktyorluq yaradıclığının təməlini obrazla bütövləşmək, ona can vermək qabiliyyəti durur.
Həm daxilən, həm də zahirən rolu ilə tandem yaratmağa nail olan Nicat Rəhimov 17 aprel 1986-ci ildə Bakı şəhərində dünyaya gəlib. 2005-ci ildə İncəsənət Gimnaziyasını bitirərək, Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 2006-cı ildən başlayaraq 4 il ərzində "Planet Parni iz Baku" komandasında aktyorluq fəaliyyəti ilə məşğul olub. Sonra "Bozbash Pictures" layihəsinin üzvünə çevrilib.
Bozbash Pictures layihəsində canlandırdığı Şirin obrazının öhdəsindən gəlməyi bacarıb və onu xalqa sevdirməyə nail olub.
2011-2012-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib və Sərvər obrazını canlandırıb. 2014-cü ildən Azad Azərbaycan TV-nin əməkdaşıdır və 2016-cı ilədək "Şirin çay" verilişində aparıcılıq fəaliyyəti ilə məşğul olub.
Azad Azərbaycan TV-də yayımlanan "Buğlama" serialında 6 obrazı məharətlə canlandıran istedadlı aktyor Nicat Rəhimov Azərbaycanın Xalq artisti Yaşar Nurinin bacısı oğludur.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)

.jpg)
























.jpg)
.jpg)

