Magazin1
Nura Suri ÜSYAN ETDİ: Get-gedə hər şey...
Bu həyatda dözə bilmədiyim yalnız haqsızlıqdır. Özümə qarşı o qədər haqsızlıq görmüşəm ki, artıq təəccüblənmirəm. Nə qədər yalan, böhtan, şər, qeybət görmüşəm, eşitmişəm özümə qarşı... Sayı-hesabı yoxdur. Çoxu da yaxşılığım keçən insanlar olub.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. O qeyd edib ki, həyat güzgüdür, ona qarşı haqsızlıq edənlər bir gün cavabların alacaqlar:
“Baxıram ki, yox, elə rahat yaşamağa davam edirlər. Ətrafımda yaxşı insanlar da az deyil. Nə yaxşı ki, hələ onlar var. Amma buna baxmayaraq, insanlardan bezmişəm.
Təbiətə, heyvanlara, insanlara qarşı çox rahat şəkildə əclaflıq, haqsızlıq edirlər. Hardadır bu dünyanın ədaləti? Çalışıram ki, heç kəsin dərdini ürəyimə salmayım, özüm üçün yaşayım, lakin alınmır.
Hər şey get-gedə mənasını itirir. Hamı robotlaşır, elə mən də. Hissiyyatsız, fake (saxta) insanların arasında özümüz də itirik. Bir çürük meyvəni başqa meyvələrin arasına qoysanız, hamısı çürüməyə başlayır. İnsanlar da elədir. Necə qoruyaq özümüzü? Bilmirəm”.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı








.jpg)


.jpg)






















.jpg)

.jpg)