Magazin1
Əməkdar artist: Şou-biznesimiz “boş qazan”a bənzəyir
Şou camiyəsini boş təsəvvür edirəm. Alırsan içi boş bir şey çıxır e, bax elə. Bir neçə nəfəri çıxmaq şərtilə, boşluq var. Şou-biznesimiz “boş qazan”a bənzəyir. Yaxşılar qalır bir kənarda, kimlərsə çıxır ortaya. Yaxşıların da səhvi var ki, meydanı o hədsizlərə buraxır. Məsələn, 2000-ci illərin şou-biznesi, orada olan konsertlər, rəqabət daha yaxşı idi. O gün qulaq şahidi oluram ki, bir-iki toy ifaçısı toydan, maşından, puldan danışır. Qıraqdan dinləyib, gülmək tutdu məni. Bizim zamanda isə hər şey başqa idi. İndi cılızlaşma olub. İstəmirəm indiki məqamlar sənəti çirkaba bulasın.
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov MTV Azərbaycanda yayımlanan “Üzə-düz” verilişində deyib. Şəxsi həyatından da söz açan sənətçi çılğın ata olduğunu bildirib:
“Çox dəli-dolu atayam. Bəzən elə bilirəm ki, mən övladlarımın uşağıyam. Arada bir uşaqlıq edirəm. Ərköyünlük, uşaqlara öz sözümü dedirtdirirəm. Güzəştə gedirlər mənə. Evdə olan hadisələr ruh halıma bağlıdır. Çox fərqliyəm. Çalışıram ki, adımıza, vətənə, cəmiyyətə layiqli övlad yetişdirək. Çox istəyərdim ki, təhsilli olsunlar. Savad, təhsil gələcək üçün vacibdir, bütün qılıncları yenir. Bilmirəm, gələcəkdə onların şəxsi seçiminə qarışacam, ya yox? Amma əsas özlərinə uyğun olsun, xoşbəxt olsunlar. Düşünürəm ki, uşaqlarım məni yanıltmayacaqlar. Hərdən oğluma deyirəm ki, çox yaxşı olma! Çox sadə, səmimi, təmkinli, böyük-kiçik yeri bilən oğlandır. Bu sarıdan məzəmmət edirəm. Deyirəm, yoxsa yeyərlər səni!
Atam vəfat etməmişdən əvvəl onun xəstəliyini bilirdik, geri dönüş yox idi. Meylimi anama salmışdım, ona dedim ki, sənin itkini çəkə bilmərəm. O da mənə baxıb dedi ki, boş-boş danışma. Mənim anam rəhmətə gedəndə lap cavan idi. Bax, mən necə dözdüm, sən də elə olacaqsan. Nənəmin 8 uşağı olub, anam müharibə dönəmlərini yaşayıb. Çox çətin günlər görüb. Anam mənə dedi ki, mən sizə görə yaşadım, sən də elə olacaqsan, oğlum! Bu, bir reallıq idi. Vay o gündən ki, valideyn qala-qala övlad dünyasını dəyişə. Bu, bizim son söhbətlərimizdən biri idi. Anamda ürək ağrısı idi. Evə döndü, qohumlarını gördü, sağollaşdı, dünyasını dəyişdi. Onun sözləri böyük təsəlli oldu”.
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi
-
Rəsmi xronika20 Mart 16:32İlham Əliyev onu nazir müavini təyin etdi - Foto
-
Nəqliyyat20 Mart 16:00Bakıda sürücüsüz nəqliyyat dövrü başlayır: Birdən-birə şəhərin küçələrinə buraxılacaq?






















.jpg)














.jpg)

