Magazin1
Xatirə İslam əməliyyat olundu – FOTO
Bir neçə həftə əvvəl müalicə üçün Moskvaya gedən müğənni Xatirə İslam dünən əməliyyat olunub.
Publika.az xəbər verir ki, bu barədə sənətçi instaqramda video yayıb. Nədən əməliyyat olunduğunu deməsə də, narkozdan ayılan kimi “Xudayar təsnifi”ni oxuyan müğənni bildirib ki, palatada olduğu üçün yüksək səslə ifa edə bilmir.
“Ayılan kimi bu mahnı dilimə gəldi, Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - o qeyd edib.
Qeyd edək ki, Xatirə İslam bir müddət əvvəl ana olmaq üçün müalicə aldığını açıqlamışdı. “İki ildən artıqdır ki, müalicələr edirəm. Xanımlar bilir ki, hormonal dərmanlar ziyandır. İki il fasiləsiz onlardan istifadə etmişəm ki, yenidən ana olum. Hər dəfə yazırlar Xatirə ana olacaq. Normal qadınam, olmalıyam. Amma olanda açıqlayacam. Keyfiyyətsiz həkimlərin müalicəsi nəticəsində 20 kiloqram çəki aldım.
İndi ikinci dəfə ana olmaq yolunda sonuncu addımı atmışam. Son şansımdır. Ortada heç nə yoxdur, amma çalışıram. Müalicə gedir”.
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?

















.jpg)



















